Sumqayıtda hava

Cəmiyyət

“Azərbaycana qarşı Sumqayıt təxribatı – Qriqoriyan işi”

“Azərbaycana qarşı Sumqayıt təxribatı – Qriqoriyan işi”


Dövlət İdarəçilik Akademiyasında araşdırmaçı jurnalist İbrahim Məmmədovun “Azərbaycana qarşı Sumqayıt təxribatı – Qriqoriyan işi” kitabının təqdimatı olub.

Prezident İlham Əliyevin təşəbbüsü və AMEA-nın Tarix İnstitutunun Elmi Şurasının qərarına əsasən hazırlanan kitabın təqdimatında baş prokurorun birinci müavini Rüstəm Usubov, deputatlar, tarixçi alimlər iştirak ediblər. Kitabın elmi redaktoru akademik Ramiz Mehdiyevdir.

Çıxış edən müəllif bildirib ki, kitab Azərbaycan xalqının yaxın tarixində qaranlıq mərhələ təşkil edən Sumqayıt hadisələri haqqında jurnalist təhqiqatının məhsuludur. Kitabda faktlar və sənədlər əsasında sübüt edilir ki, 26-sı erməni və 6-sı azərbaycanlı olmaqla, 32 nəfərin ölümünə səbəb olan bu hadisələr erməni fitnəkarlarının və SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Azərbaycana qarşı çox qəddarlıqla düşünülmüş təxribatı, ermənilərin tarixən qonşu xalqlara, birinci növbədə Qafqazın türk-müsəlman əhalisinə qarşı həyata keçirdikləri təcavüzkarlıq siyasətinin mühüm halqalarından biridir.

İ.Məmmədov xatırladıb ki, Sumqayıt hadisələri zamanı 6 erməninin qətlində iştirak etmiş Eduard Qriqoryanın özü də ermənidir:
“Araşdırmalar zamanı müəyyən edilib ki, ermənilər və SSRİ xüsusi xidmət orqanları bu hadisələrə əvvəlcədən hazırlıq görüblər. Əldə edilmiş faktlar sübut edir ki, Sumqayıt hadisələri Azərbaycana və Azərbaycan xalqına qarşı əvvəlcədən planlaşdırılmış təxribatdır”.

Müəllif qeyd edib ki, kitabda SSRİ və Azərbaycan SSR prokurorluqlarının əməkdaşları tərəfindən aparılmış istintaqın materiallarından, cinayətin icraçılarının, zərərçəkənlərin və şahidlərin ifadələrindən, məhkəmə materiallarından istifadə olunub.

R.Usubov çıxışında bildirib ki, kitab 1988-ci il fevralın 28-də Sumqayıt şəhərində baş verən hadisələrin sistemli şəkildə öyrənilməsi baxımından xüsusi əhəmiyyətə malikdir. O qeyd edib ki, Sumqayıt hadisələrinin əsl səbəbkarlarının və cinayətkarların tapılaraq layiqli cəzalarını almaları üçün Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən iş aparılır.

Tədbirdə çıxış edən AMEA-nın Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov deyib ki, bu kitab erməni terrorçuluğunun və işğalçılığının tarixində çox kiçik bir epizodu ifadə edir.

Konfransda çıxış edən digər alim və tədqiqatçılar kitabın dünyada "erməni mifi"nin dağıdılmasında, onların yalanlarının ifşa olunmasında əhəmiyyətli rol oynayacağını vurğulayıblar.

Palitranews.az





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Aprel 2017    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

KATEQORIYALAR