Sumqayıtda hava

Manşet, Cəmiyyət

Baş prokuror Xırdalanda vətəndaşları qəbul etdi

Baş prokuror Xırdalanda vətəndaşları qəbul etdi


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq göstərişi əsasında bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Zakir Qaralov dekabrın 5-də Abşeron rayon Prokurorluğunun inzibati binasında Sumqayıt şəhərindən, Abşeron, Qubadlı, Xızı və Zəngilan rayonlarından olan vətəndaşları qəbul etmişdir.
Qəbuldan əvvəl Baş prokuror və Abşeron Rayon İH-nin başçısı ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, əziz xatirəsini ehtiramla yad ediblər. Sonra Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzi ilə tanışlıq olmuşdur.
Baş Prokurorluğun məsul əməkdaşlarının, əlaqədar tabe prokurorların iştirakı ilə keçirilən qəbulda Z.Qaralov 50-yə yaxın vətəndaşın müraciətlərində qaldırılan və bilavasitə prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan məsələlər üzrə onların qanunauyğun və operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər vermişdir.
Vətəndaşların ərizə və şikayətlərində qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapmış, eyni zamanda prokurorluğun fəaliyyətinə aid olmayan digər məsələlərlə bağlı müraciətlərin araşdırılması üçün aidiyyəti üzrə göndərilməsi təmin olunmuşdur.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Fevral 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728 

KATEQORIYALAR