Sumqayıtda hava

Cəmiyyət

Azərbaycanda qız atalarına mükafat - 10 min manat

Azərbaycanda qız atalarına mükafat - 10 min manat


Azərbaycanda qız valideynlərinin mükafatlandırılması üçün yeni sistem tətbiq ediləcək.

Bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov bəyan edib. Onun sözlərinə görə, ailədə ikinci qız dünyaya gəldikdə onun adına bankda 10 min manatlıq hesab açılacaq.

"Mükafatlandırma sistemi artıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanmış və 2015-2020-ci illər üçün nəzərdə tutulmuş Demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramına daxil edilib. Dövlət Proqramının layihəsi yaxın günlərdə Nazirlər Kabinetinə təqdim ediləcək, müvafiq olaraq yaxın aylarda qüvvəyə minəcək”, - V.Bayramov əminlik ifadə edib, amma dəqiq tarixi açıqlamayıb.

Onun fikrincə, iqtisadi böhran mükafatlandırma sisteminin təsdiqlənməsində təzahür etməyəcək.

“Bu, Azərbaycan büdcəsi üçün elə də böyük məbləğ deyil”, - iqtisadçı hesab edir.

Milli.Az





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    May 2018    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

KATEQORIYALAR