Sumqayıtda hava

Cəmiyyət

Sumqayıtın mədəniyyət evlərində anım tədbirləri keçirilib (FOTOLAR)

Sumqayıtın mədəniyyət evlərində anım tədbirləri keçirilib (FOTOLAR)


Xocalı soyqırımının 23-cü ildönümü münasibətilə Sumqayıt şəhərində yerləşən mədəniyyət evlərində də anım tədbirləri keçirilib.

“28 May” Mədəniyyət Evinin foyesində 26 fevral - Xocalı soyqırımı ilə əlaqədar olaraq “Əsrin son müsəlman soyqrımı” adlı kompozisiya təşkil olunub. Tədbirdə məktəblilər Xocalı faciəsinə həsr olunmuş şeirlər söyləyib, tədbir iştirakçılarına Xocalı soyqırımı haqqında ətraflı məlumat verilib.

Sumqayıtın mədəniyyət evlərində anım tədbirləri keçirilib (FOTOLAR)


C.Cabbbarlı adına mədəniyyət evində keçirilən anım günündə mədəniyyət evində fəaliyyət göstərən rəsm kursunun üzvlərinin əsərlərindən ibarət sərgi təşkil olunub. Tədbirdə Xocalı soyqırımına həsr olunmuş şeirlər səsləndirilib.

“Dostluq”, Şəhər Mədəniyyət Evində və şəhər klublarında da anım tədbirləri keçirilmiş, şəhidlərin xatirəsinə şeirlər ifa edilmiş, həzin musiqi nömrələri səsləndirilmişdir.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Aprel 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

KATEQORIYALAR