Sumqayıtda hava

Cəmiyyət

Uşaq incəsənət və musiqi məktəblərində Xocalı faciəsinin 23-cü ildönümü münasibətilə tədbirlər keçirilib

Uşaq incəsənət və musiqi məktəblərində Xocalı faciəsinin 23-cü ildönümü münasibətilə tədbirlər keçirilib


Sumqayıt şəhərində yerləşən uşaq incəsənət və musiqi məktəblərində Xocalı faciəsinin 23-cü ildönümü münasibətilə tədbirlər keçirilib.

F.Əmirov adına uşaq incəsənət məktəbində “Qanlı qar içində Xocalı” adlı tədbir keçirilmiş, sərgi təşkil edilmişdir. Şəhidlərin xatirəsinə sükutla başlayan tədbirdə məktəbin müəllimi Səriyyə Dünyamalıyeva erməni vandalizmindən, törədilmiş vəhşiliklərdən tədbir iştirakçılarına məlumat vermişdir. Məktəbin müəllimi Naib Zəkiyevin balabanda ifası altında “Lay-lay Xocalım lay-lay” adlı şeri ifa etmişdir. Tar ixtisası üzrə II sinif şagirdi Yıldız Ayxan özünün yazdığı “Xocalım mənim ” adlı şeirlə Xocalıda şəhid olmuş uşaqların ruhunu yad etmişdir.

Uşaq incəsənət və musiqi məktəblərində Xocalı faciəsinin 23-cü ildönümü münasibətilə tədbirlər keçirilib


Q.Qarayev adına uşaq musiqi məktəbində keçirilən anım günündə şagirdlər soyqırıma həsr olunmuş şeirlər, həzin musiqilər səsləndirmişlər. Həmçinin, Mərkəzi Uşaq Kitabxanası tərəfindən kitab sərgisi və foto-şəkillərdən ibarət stend təşkil edilmişdir.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR