Sumqayıtda hava

Cəmiyyət

Sumqayıt və Abşeron müəllimlərinin sınaq qiymətləndirilməsi keçiriləcək

Sumqayıt və Abşeron müəllimlərinin sınaq qiymətləndirilməsi keçiriləcək


Mədəniyyət və Turizm Nazirliyi sistemində fəaliyyət göstərən uşaq musiqi, incəsənət və rəssamlıq məktəbləri müəllimlərinin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və əlavə təlim ehtiyaclarının müəyyənləşdirilməsi məqsədilə müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsi (test üsulu ilə) keçiriləcək.

Nazirliyin İnformasiya və ictimai əlaqələr şöbəsindən verilən məlumata görə, ilkin olaraq proses Bakı şəhərində keçirilib və 2685 müəllim sınaq qiymətləndirilmədə iştirak edib.

2015-ci il ərzində zonalar üzrə respublikanın şəhər və rayon uşaq musiqi, incəsənət və rəssamlıq məktəbləri müəllimlərinin bilik və səriştəsinin sınaq qiymətləndirilməsinin keçirilməsi planlaşdırılır.

Mart ayında Sumqayıt şəhərində Sumqayıt şəhər, Abşeron, Xızı rayon uşaq musiqi və incəsənət məktəblərinin, Sumqayıt şəhərində və Abşeron rayonunda fəaliyyət göstərən Cəbrayıl, Qubadlı, Laçın rayon uşaq musiqi məktəblərinin müəllimlərinin sınaq qiymətləndirilməsinin aparılması nəzərdə tutulub.

APA





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

KATEQORIYALAR