Sumqayıtda hava

Cəmiyyət

Kolumbiyalı diplomat Sumqayıt Dövlət Universitetində məruzə ilə çıxış edəcək

Kolumbiyalı diplomat Sumqayıt Dövlət Universitetində məruzə ilə çıxış edəcək


Fevralın 27-də Kolumbiyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Assad Jose Jater Pena Sumqayıt Dövlət Universitetində olub. Səfir universitetdə dərs prosesini izləyib, tələbələrlə fikir mübadiləsi aparıb. Bildirib ki, qısa vaxtda bu ali təhsil ocağında Kolumbiyanın tarixi, universitetləri və orada təhsil almağın üstünlükləri barədə məruzə ilə çıxış edəcək.

Kolumbiyalı diplomatla görüşdə rektor Elxan Hüseynov ali məktəbin yaranma tarixi, tədris prosesi, burada fəaliyyət göstərən əcnəbi tələbələrin hazırlıq mərkəzi və beynəlxalq əlaqələri barədə məlumat verib, ölkəmizdə təhsil sahəsində həyata keçirilən layihələrdən, ali təhsilin strateji istiqamətlərindən, dövlət proqramlarından danışıb.

Bakıda yeni fəaliyyətə başlayan Kolumbiya səfirliyinin ölkələrimiz arasında əlaqələrin inkişafında səmərəli rol oynayacağını bildirən rektor, təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi üçün mütəxəssislərin, müəllimlərin və tələbələrin mübadilə proqramlarının həyata keçirilməsinin, təhsil sərgilərinin təşkil olunmasının, hər iki ölkənin ali təhsil ocaqları arasında əlaqələrin qurulmasının, müqavilə-hüquq bazasının genişləndirilməsinin önəmini qeyd edib.

A.Pena Kolumbiya səfirliyinin Azərbaycanda açılmasının hər iki ölkənin mədəni, ictimai və siyasi sahələrdə əlaqələrinin genişlənməsinə müsbət təsir göstərəcəyini söyləyib. Təhsil sahəsindəki əməkdaşlığın əhəmiyyətini qeyd edən səfir, SDU ilə Kolumbiya universitetləri arasında əlaqələrin qurulmasına böyük önəm verdiyini vurğulayıb.

Sonra kolumbiyalı səfir Nobel mükafatı laureatı Qabriel Qarsia Markesin kitablarını universitetə hədiyyə edib.

Ali məktəbin Heydər Əliyev Mərkəzi ilə tanışlıq zamanı müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin qranitdən hazırlanmış barelyefi, dahi şəxsiyyətin həyat yolundan bəhs edən kitablar və sənədlər kolumbiyalı diplomatın marağına səbəb olub.

Kolumbiyalı diplomat Sumqayıt Dövlət Universitetində məruzə ilə çıxış edəcək


Kolumbiyalı diplomat Sumqayıt Dövlət Universitetində məruzə ilə çıxış edəcək

AZƏRTAC





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

KATEQORIYALAR