Sumqayıtda hava

Dünya

Müxalifət liderinin öldürülmə anı (VİDEO, FOTO)

Müxalifət liderinin öldürülmə anı (VİDEO, FOTO)


Rusiya müxalifət lideri Boris Nemtsovun qətlini görən üç şahiddən biri danışıb.

Şahid Viktor M. cinayətkarların siyasətçini onun gözləri qarşısında güllələdiyini bildirib.

Onun sözlərinə görə, Boris Nemtsov bir qızla Böyük Moskva çayı körpüsü ilə gedirmiş. Birdən atəş səsləri eşidildi və qızın yanındakı şəxs yerə yıxıldı.

Şahidin sözlərinə görə yolun digər tərəfinə bir nəfər qaçdı. O hasarı keçərək maşına oturub getdi.

"Mən tez ona kömək eləməyə gəldim. Amma artıq gec idi. Boris Nemtsov xırıldayırdı və bir neçə dəqiqədən sonra öldü".

Rusiya prezidenti Vladimir Putin müxalifət lideri, məşhur siyasətçi Boris Nemtsovun anasına teleqram ünvanlayıb.

Putin Nemtsovu qətlə yetirən şəxslərin layiqli şəkildə cəzalandırılıcaqlarına inandığını bildirib:

"Alçaq və ikiüzlü qətlin sifarişçilərinin və iştirakçılarının layiqli cəza almaları üçün bütün lazımi addımlar atılacaq”.

Qeyd edək ki, Boris Nemtsov ötən gün Moskva vaxtı ilə 23:37-də öldürülüb. Rusiya polisi qatillərin hadisə yerindən qaçdığı "Ford Mondeo" və "Kia-Rio" maşınlarını axtarır. Qatillər Boris Nemtsova 6 güllə atıblar. Onlardan dördü hədəfə dəyib. Nemtsov başından, ürəyindən, mədəsindən və qara ciyərindən güllə yarası alıb. Rus siyasətçi daxili qanaxmadan keçinib.


ANS PRESS





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

KATEQORIYALAR