Sumqayıtda hava

Cəmiyyət

Etilen-polietilen zavodunda mülki müdafiə təlimi keçirilib (FOTOLAR)

Etilen-polietilen zavodunda mülki müdafiə təlimi keçirilib (FOTOLAR)


“Azərikimya” İstehsalat Birliyində 1 mart – Dünya Mülki Müdafiə Günü münasibətilə “Mülkü müdafiə və baş verə biləcək fəlakətlərin qarşısının alınmasına hazırlıq, həmçinin fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə olunmasının təşkili” mövzusunda təlim keçirilib.

İB-nin mətbuat xidmətindən bildirilib ki, etilen-polietilen zavodunun ərazisindəki meydançada baş tutan təlimdə bu müəssisənin, təmir-tikinti idarəsinin fövqəladə hallar komissiyasının və mülki müdafiə qərargahının üzvləri, hərbiləşdirilməmiş mülki müdafiə qüvvələri, FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasedici manqası, Sumqayıt Şəhər Yanğından Mühafizə İdarəsinin 15 nömrəli yanğından mühafizə hissəsinin şəxsi heyəti, “Etalon Security” MMC-nin 20 nəfərlik mühafizə qrupu iştirak ediblər.

Həmçinin “Kimyaçı” poliklinikasının və təcili tibbi yardım stansiyasının tibbi yardım briqadalarının və ARDNŞ-nin nəqliyyat departamenti 1 nömrəli nəqliyyat sahəsinin maşın-mexanizmlərinin cəlb olunduğu təlimin birinci hissəsində iştirakçıların istifadəsində olan əmlak və avadanlıqlara baxış keçirilib, şəxsi heyətin xidməti vəzifələri ilə bağlı bilikləri yoxlanılıb, rəy və təklifləri dinlənilib, onlara mülki müdafiə sisteminin əhəmiyyəti, təhlükəsizlik xidmətləri kompleksində rolu, təbii fəlakətlərin, istehsalat qəzalarının və digər bədbəxt hadisələrin qarşısının alınması və nəticələrinin aradan qaldırılması ilə bağlı təlimatlar verilib.

Tədbirin ikinci hissəsi etilen-polietilen zavodunun mütləqləşdirilmiş izopropil spirti sahəsində baş vermiş şərti texnogen qəza ilə bağlı həyəcan siqnalının verilməsi ilə başlayıb. İlkin olaraq mühəndis-kəşfiyyat qrupu tərəfindən qəza baş vermiş ərazidəki vəziyyət barədə məlumat toplanıldıqdan, həmçinin radiasiya-kəşfiyyat qrupu tərəfindən ərazinin nə dərəcədə zəhərli və radiasiya cəhətdən təhlükəli olması ilə bağlı mülki müdafiə qərargahına məlumat verildikdən sonra xilasetmə manqaları tərəfindən xəsarət alanların xilas edilməsi, təhlükəsiz əraziyə çıxarılması, ilkin tibbi yardım göstərmək üçün sanitar posta təhvil verilməsi və ağır vəziyyətdə olanların təcili yardım maşınlarında şəhərin müalicə müəssisələrinə göndərilməsi əməliyyatı yerinə yetirilib. Sonra isə elektrik naqillərində qısa qapanma nəticəsində baş vermiş şərti yanğının yayılmasının qarşısının alınaraq söndürülməsi və işçilərin maksimum mühafizə olunması kimi tapşırıqlar icra olunub.

Təlim müddətində kimya müşahidə nəzarəti laboratoriya şəbəkəsi tərəfindən ərazidə davamlı müşahidələr aparılıb, götürülmüş nümunələrin nəticəsi ilə bağlı qərargah məlumatlandırılıb.

Müvafiq təhlükəsizlik təlimatlarına uyğun olaraq keçirilən və iştirakçıların kifayət qədər yüksək peşəkarlıq nümayiş etdirməsi ilə müşayiət olunan təlimdə qarşıya qoyulmuş məqsədlərə nail olunub.

Etilen-polietilen zavodunda mülki müdafiə təlimi keçirilib (FOTOLAR)

Etilen-polietilen zavodunda mülki müdafiə təlimi keçirilib (FOTOLAR)

AZƏRTAC





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Sentyabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

KATEQORIYALAR