Sumqayıtda hava

Hadisə

Yol polisinə xəsarət yetirən "Porsche" sürücüsü həbs olundu

Yol polisinə xəsarət yetirən "Porsche" sürücüsü həbs olundu


Bakıda yol polisinə xəsarət yetirən “Porsche”nin sürücüsü həbs olunub. Bunu Trend-ə Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov deyib.
Bölmə rəisi qeyd edib ki, dekabrın 4-də Bakının Səbail rayonunda, metronun İçərişəhər stansiyasının qarşısında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, yol polisi serjantı xidməti zamanı “Porsche Cayenne” markalı, 90-KF-155 dövlət nömrə nişanlı avtomobilin sürücüsünə istiqamətin dəyişdirilməsi barədə göstəriş verib. Lakin sürücü əmrə tabe olmayıb, polis serjantına qarşı kobudluq nümayiş etdirib və avtomobilini onun üstünə sürüb. Daha sonra isə avtomobillə İstiqlaliyyət küçəsi ilə Azneft dairəsi istiqamətində hərəkət edib. Sürücü Azneft meydanında saxlanılacağını düşünərək 6 nömrəli orta məktəbin qarşısı ilə, Şövkət Məmmədova küçəsi ilə hərəkətin əksi istiqamətində gedərək Bəhram Gur abidəsi dairəsindən çıxmaqla məsuliyyətdən yayınmağa nail olub. Lakin hadisə vətəndaşlar tərəfindən lentə alınıb, daha sonra isə videokadrlar internetdə yayılıb.
“Dövlət yol polisi tərəfindən tərtib edilmiş raport əsasında həmin sürücü barəsində dərhal axtarış elan edilib. Bu gün həmin sürücü tapılaraq barəsində tədbir görülməsi üçün sənədləşdirmə aparılıb. Aparılan sənədləşdirmə zamanı məlum olub ki, sürücü özəl şirkətlərdən birində işləyən 1989-cu il təvəllüdlü Əliağa Rüfət oğlu Kürçaylıdır".
V.Əsədov bildirib ki, bu gün Səbail rayon məhkəməsinin qərarı ilə Ə.Kürçaylı İnzibati Xətalar Məcəlləsinin 310-cu maddəsinin (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) tələbi ilə 15 sutka inzibati həbs cəzasına layiq görülüb.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

KATEQORIYALAR