Sumqayıtda hava

Cəmiyyət

Sumqayıt hadisələrinə həsr edilmiş tədbir keçirilib

Sumqayıt hadisələrinə həsr edilmiş tədbir keçirilib


Sumqayıt  Şəhər İcra Hakimiyyəti , şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə 1988-ci il fevralın 28-də Sumqayıtda baş verən  hadisələrə həsr edilən “Tariximizi unutmayaq” adlı “dəyirmi masa” keçirilib. Tədbirdə hadisələri tədqiq edən tarixçi - alimlərlə  yanaşı,  şəhərin fəal gəncləri də iştirak ediblər.

Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə şəhər IH başçısının müavini  Elgin Həbibullayev hadisələrin əsl mahiyyətindən söz açıb.

Bildirilib ki,  bu hadisələr SSRİ  Dövlət  Təhlükəsizlik  Komitəsinin ermənilərin  özləri  ilə  birgə  təşkil  etdiyi  və  həyata  keçirdiyi  ssenarinin  tərkib  hissəsi  idi.  Sumqayıtda  bu  hadisəni  təşkil  etmək  üçün  seçilən  şəxs  iki  dəfə  məhkum  olunmuş erməni  Eduard  Qriqoryan olub.

Sumqayıt  Şəhər  Gənclər  və  İdman  Baş İdarəsinin  rəisi  Elşən Baxşəliyev  gənclərin bu  hadisələrin  əsl  təfərrüatını  öyrənmələrinin  vacibliyini, Sumqayıtda  baş  verən  hadisələrin  dünya  miqyasında bütün  mahiyyətilə  tanıdılmasının əhəmiyyətini vurğulayıb və bu məqsədlə  rus, alman,  fransız  və  ingilis  dillərində  kitab  və  broşürlərin  nəşr  edildiyini  bildirib.

Tədbirdə çıxış edən tədqiqatçı  alimlər  isə  qeyd  ediblər  ki,  1988-ci  il  fevralın  axırlarında  Sumqayıt  faciəsi  baş  verən  günlərdə  artıq  Ermənistandan qovulmuş  ən  azı  4  min  qaçqın  azərbaycanlı  Sumqayıtda  və  Azərbaycanın  digər  şəhərlərində  sığınacaq  axtarırdı.  Tarixçilər  artıq  sübut  ediblər ki,  ermənilərin  müxtəlif  terrorçu  və millətçi  təşkilatları  hələ  1980-ci  illərin  ortalarında  xeyli  fəallaşmışdılar. Erməni kilsəsinin  və xaricdəki  erməni  diasporunun  dəstəyinə  arxalanan  bu  təşkilatlar  azərbaycanlıların  Ermənistandan  və  Azərbaycanın  ayrılmaz tərkib hissəsi olan Qarabağdan zorla  çıxarılması  üzrə  planı həyata  keçirməyə başlamışdılar. Hələ sovet  dövründə  erməni  millətçi,  terrorçu  və  hərbiləşdirilmiş  qruplaşmalar  azərbaycanlı  əhaliyə  qarşı  zorakılıq  və  terror  metodu  ilə  mifik  “böyük  Ermənistan”  yaradılması  planını  həyata  keçirməyə  başlamışdılar. Sumqayıtda  baş  verən  hadisələr də həmin  planın  tərkib  hissəsi  idi.

Mərasimdə çıxış edən gənclər  vurğulayıblar ki,  ermənilərə  qarşı  informasiya  müharibəsində  əsl  hüquqi  sənədlərdən  geniş  istifadə  olunmalıdır. 

AZƏRTAC





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2017    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

KATEQORIYALAR