Cəmiyyət
YAP Abşeron rayon təşkilatı Gənclər Birliyinin konfransı keçirilib

Fevralın 27-də Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatı Gənclər Birliyinin IV konfransı keçirilib. Konfransda Təşkilatın sədri Bilman Vəliyev, YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Abşeron rayon İH başçısının birinci müavini İradə Gülməmmədova iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Bilman Vəliyev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə gedən sürətli quruculuq-abadlıq işlərindən, daxili və xarici siyasət sahəsində qazanılmış uğurlardan, Azərbaycan gənclərinin sağlam ruhda böyüməsi və layiqli vətəndaşlar kimi yetişməsi üçün ötən illər ərzində ölkə rəhbərliyi tərəfindən həyata keçirilən ardıcıl və sistemli tədbirlərdən danışıb.
YAP Abşeron rayon təşkilatı Gənclər Birliyinin sədri Elgün Hümbətov ötən konfransdan keçən müddət ərzində YAP Abşeron rayon təşkilatı Gənclər Birliyinin gördüyü işlər barədə məlumat verib.
Konfransda YAP Abşeron rayon təşkilatı GB-nin üzvləri Fərid Dilavərov və Rəşad Baxışəliyev çıxış edərək, əmin olduqlarını bildiriblər ki, konfrans Gənclər Birliyinin işini daha səmərəli qurmağa və daha böyük nailiyyətlər qazanmağa şərait yaradacaq.
Sonra Vüqar Rəhimzadə çıxış edərək bildirib ki, YAP cəmiyyətimizin ən güclü siyasi təşkilatı kimi ölkəmizdəki ictimai-siyasi proseslərin həmişə mərkəzində olub.
O, vurğulayıb ki, bu gün Ümummilli lider Heydər Əliyev siyasətini uğurla davam və inkişaf etdirən ölkə Prezidenti, partiyamızın Sədri İlham Əliyevin gənclərə olan diqqət və qayğısı hər birimizin ürəyincədir. Azərbaycan gəncliyi bu diqqət və qayğını yüksək dəyərləndirir, öz məsuliyyətini dərk edir və Prezidentin müəyyənləşdirdiyi strateji vəzifələrin uğurla həyata keçirilməsinə öz töhfəsini verməyə çalışır. V.Rəhimzadə çıxışının sonunda YAP Abşeron rayon təşkilatı Gənclər Birliyinin gələcək fəaliyyətinə uğurlar arzulayıb.
Tədbirdə çıxış edən YAP Abşeron rayon təşkilatının İdarə Heyətinin üzvü, Abşeron rayon İH başçısının birinci müavini İ.Gülməmmədova YAP Abşeron rayon təşkilatı GB-nin fəaliyyətini yüksək qiymətləndirərək bildirib ki, Gənclər Birliyinin üzvləri Abşeron rayonunun ictimai-siyasi həyatında fəal iştirak edirlər. İ.Gülməmmədova, həmçinin, rayonda həyata keçirilən abadlıq və quruculuq işləri haqqında da ətraflı məlumat verərək gəncləri bu istiqamətdə fəal olmağa çağırıb.
Sonra təşkilati məsələlərə baxılıb. YAP Abşeron rayon təşkilatı Gənclər Birliyinin 23 nəfərdən ibarət Şura üzvləri, 11 nəfərdən ibarət Gənclər Birliyinin İdarə Heyətinin üzvləri seçiliblər. Rayon Gənclər Birliyinin sədri Elgün Hümbətov, müavinləri isə Rəşad Baxışəliyev və Elgün İsgəndərov seçiliblər. YAP Gənclər Birliyinin respublika konfransına 4 nəfər nümayəndə seçilib.
Tədbirdə bir qrup partiya üzvünə vəsiqələr təqdim olunub.
yeniazerbaycan.com
Bu bölmədə bənzər xəbərlər
- Sumqayıtda yerləşən Qubadlı məktəbində Xocalı faciəsinin ildönümünə həsr edilmiş tədbir keçirilib
- Sumqayıtda gənclər arasında bilik yarışması keçirilib
- 2 Fevral ümumrespublika gənclər günüdür
- “Gənclər Paytaxtı”nı siz seçin
- “Gənclər Paytaxtı”nı siz seçəcəksiniz
- Abşeronda “Basketbol” üzrə rayon birinciliyi keçirilib
- Qubadlılılar tədbir keçirdilər
- Heydər Əliyev Sumqayıtda anıldı
- Sumqayıt gənclərin gözü ilə
- Könüllülər üçün şad xəbər
Çox oxunan xəbərlər
Xəbər lenti
- 17:39
Kitab bağışlamaqla həyat bağışla! - XEYRİYYƏ AKSİYASI
- 17:36
Zakir Fərəcov yarmarkada - FOTOLAR
- 12:13
SUMQAYIT “ASAN XİDMƏT” KÖNÜLLÜLƏRİNDƏN MARAQLI VİDEOÇARX
- 11:43
Sumqayıtda cüdo üzrə şəhər birinciliyinə yekun vuruldu
- 11:39
Sumqayıtda konfrans: “Heydər Əliyev Azərbaycanda Gənclər siyasətinin banisidir”
- 11:13
Sumqayıtlı müəllifin statuslarından ibarət "Statusman” kitabı təqdim edilib
- 17:20
Məscid Ədəbləri
- 16:20
Gənclər Sumqayıt Texnologiyalar Parkında oldular
- 15:27
Azərbaycan və Gürcüstan gəncləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub
- 15:31
Boks üzrə Sumqayıt birinciliyinin qalibləri müəyyənləşdi
- 13:13
Zakir Fərəcov hesabat verdi - Ötən il Sumqayıtda hansı uğurlar əldə olunub?
- 13:07
Azərbaycanda məktəblilərin hazırladığı robotlar döyüşəcək
- 22:34
Sumqayıtda “Xalqımızın qəhrəmanlıq salnaməsi” adlı tədbir keçirildi
- 00:10
Sumqayıtda “İnsan təbiətini necə tanıyaq” mövzusunda təlim keçirilib
- 00:00
Şingədilan qəbristanlığında qoç heykəllər - Birinci yazı
- 23:25
“Gənc Sahibkar” layihəsinə start verilib
- 11:45
“Green on Gray” layihəsinin icrası davam etdirilir
- 00:12
Sumqayıtlı xanım idmançı İran mediasının gündəmində - FOTO
- 18:22
Şuraabad kənd tam orta məktəbində maarifləndirmə tədbiri
- 17:29
“Sağlam Gənclik üçün Narkomaniyaya Yox Deyək” adlı görüş keçirildi
- 17:26
Cüdo üzrə şəhər çempionatı başa çatdı
- 18:10
Sumqayıtda “Motivasiya” təlimi keçirildi
- 13:16
Xaricdə Təhsil Proqramları üzrə könüllük proqramı - SUMQAYITDA
- 17:10
Sumqayıtın ilk və ən böyük iş mərkəzi - SÜLH PLAZA xidmətinizdə
- 13:51
"İnsanlara sevinc bəxş etmək həyatımın qayəsidir." - Sevinc Allahyarova ilə MÜSAHİBƏ
- 17:16
Həbib Əlizadə Bakı Mühəndislik Universitetində
- 17:30
Sumqayıt Teatrında “Hökm” əsərinin səhnə versiyasına baxış keçirilib
- 17:44
Qazaxda milli-vətənpərvərlik mövzusuna həsr olunmuş tədbir keçirilib
- 18:20
MUXTAR BABAYEV: "Bu yol sabitliyə və təhlükəsizliyə xidmət göstərəcək."
- 12:46
SUMQAYITDA İŞ VAR - Nümunəçi
- 18:05
Qərbi Kaspi Universitetində "Ekoklub" yaradılıb
- 18:42
Sumqayıt Dövlət Dram Teatrı yeni mövsümün ilk uşaq tamaşasını təhvil verdi
- 14:02
Sumqayıtda şəhid Əbdülməcid Axundova həsr edilmiş QƏHRƏMAN GÜNÜ
- 11:52
Sumqayıt havasında azot 4 oksidin qatılığı normadan 1.5 dəfə artıqdır
- 15:25
Sumqayıt Texnologiyalar Parkının rəhbər heyəti Bakı Mühəndislik Universitetində
- 15:12
Cüdo üzrə Sumqayıt şəhər birinciliyinə yekun vuruldu
- 14:17
“Regionlarda gənclərin turizm bacarıqlarının inkişaf etdirilməsi” layihəsi davam edir
- 13:04
SUMQAYITDA İŞ VAR - "General English" müəllimi
- 15:32
Sumqayıtda “Cocuq Mərcanlıdan Qarabağa” adlı rəsm-sərgi müsabiqəsi keçirildi
- 14:28
Poliatlon çoxnövçülüyü üzrə Sumqayıt şəhər birinciliyinin qalibləri mükafatlandırıldı