Sumqayıtda hava

Cəmiyyət

Kimyaçılar əlilləri yad etdi

Kimyaçılar əlilləri yad etdi


3 dekabr Ümumdünya Əlillər günü münasibətilə “Azərikimya” İB-nin bir qrup əməkdaşı başda Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev olmaqla Sumqayıtda fəaliyyət göstərən əlillər cəmiyyətlərinin – respublika Gözdən Əlillər Cəmiyyətinin Sumqayıt şəhər şöbəsinin, Əlil Qadınlar Cəmiyyəti Sumqayıt şəhər təşkilatının, Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğrunda Cəmiyyətin və “Qarabağ Müharibəsi Əlilləri” Cəmiyyətinin üzvləri ilə görüşmüşdür.
Görüş zamanı M.Babayev son illərdə respublikamızda həyata keşirilən irimiqyaslı layihələrdən, həmçinin şəhərdə aparılan abadlıq-quruculuq işlərindən danışmış, cəmiyyət üzvlərinin yaşayış tərzi, ailə-məişət qayğıları ilə maraqlanmış, istək və arzularını dinləmişdir.
Görüşdən məmnun qaldıqlarını ifadə edən cəmiyyət üzvləri göstərilən diqqət və qayğıya görə respublika rəhbərliyinə minnətdarlıqlarını ifadə etmişlər.
Görüşün sonunda cəmiyyət üzvlərinə “Azərikimya” İB tərəfindən hədiyyələr təqdim olunmuşdur.
Daha sonra Kimyaçılar Qartal Tikinti Firmasında təşkil olunmuş və başlanğıcını "Azərikimya" İB-dən götürmüş "Mərhəmətli olmağa tələsin" devizi altında keçirilən xeyriyyə aksiyasına qatılmış, Qızıl Aypara Cəmiyyətinin könüllüləri ilə birlikdə əlillərə isti geyimlərin paylanmasında iştirak etmişlər.

Kimyaçılar əlilləri yad etdi





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    İyul 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

KATEQORIYALAR