Sumqayıtda hava

Cəmiyyət

Sumqayıtın əlacsız qalan sürücüləri (FOTOLAR)

Sumqayıtın əlacsız qalan sürücüləri (FOTOLAR)


Sumqayıtdakı təlim poliqonunda, deyəsən, sürücü olmaq istəyənlərə ilk əvvəl beton maneələri dəf etməyi və problemləri hiyləgərcəsinə həll etməyi öyrədirlər.

Daha çox xüsusi təyinatlı hərbçilərin poliqonunu xatırladan bu yer ekstremal yürüş xiridarlarının da xoşuna gələ bilər. Ancaq təəssüf ki, Sumqayıt sakinlərinin hamısı ekstremal idman növünün həvəskarı deyillər. Ona görə də sürücülük dərslərinin keçirilməsi üçün poliqonun belə bərbad vəziyyətdə olması onları narahat edir.

Rafiq adlı Sumqayıt sakini deyir ki, istirahət günlərindən birində oğluna sürücülük təlimi keçmək üçün həmin poliqona gedib. Ancaq gördüyü mənzərə onu məyus edib.

Onun sözlərinə görə, şəhərin digər yerlərində sürücülük təlimi keçənləri yol polisi cəzalandırır. Yol polisi müfəttişləri cərimə yazdıqları sürücüyə tövsiyə edirlər ki, təlimi Sürücülük Məktəbinin arxasında yerləşən bu məkanda keçsinlər. Ancaq məkana gələn adamlar poliqonun beton bardürlərlə əhatəyə alındığını, əraziyə girməyin mümkün olmadığını görürlər.

Şəhərin digər yerlərində polis icazə vermir, burada isə cansız betonlar maneəyə çevrilib.

Oxucu hesab edir ki, Sumqayıt kimi böyük şəhərdə belə bir poliqonun olması vacibdir. Belə yerin uzun müddət bərbad vəziyyətdə olması, sonradan isə beton maneələrlə qapadılması şəhər sakinlərini təhlükəyə atır. Çünki təlim keçmək istəyən "xam sürücülər" adamların daha çox gəzişdiyi dəniz kənarında maşın sürürlər. Bu da insanların həyatı üçün böyük təhlükədir.

Məsələ ilə bağlı Sumqayıt Şəhər Dövlət Yol Polisi İdarəsi ilə əlaqə saxlamağa çalışdıq. Lakin qurumda əlaqə saxladığımız yüksək vəzifəli polis zabitlərinin hamısı sualımıza cavab verməkdən boyun qaçırdı. Onların hər biri məsələyə başqa adamın nəzarət etdiyini deyərək suallardan yayındı.

Sumqayıtın əlacsız qalan sürücüləri (FOTOLAR)

Sumqayıtın əlacsız qalan sürücüləri (FOTOLAR)

Milli.Az





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

KATEQORIYALAR