Sumqayıtda hava

Dünya

İraqdakı türkmənlərin durumu acınacaqlıdır

İraqdakı türkmənlərin durumu acınacaqlıdır


London Universitetində keçirilmiş "Yaxın Şərqin unudulmuş qurbanları" adlı konfransda İraq türkmənlərinin vəziyyəti müzakirə edilib.

Martın 2-də təşkil edilmiş Konfransa sədrlik edən Lord Alton çıxış üçün sözü Britaniydakı İraq Türkmən Cəbhəsinin nümayəndəsi Sundus Abbasa verib.

Əvvəlcə İraq türkmənlərinin qısa tarixinə toxunan xanım Abbas qeyd edib ki, 1957-ci ildə keçirilmiş siyahıya almaya görə İraq türkmənlərinin sayı ümumi əhalinin 10 faizini təşkil edib.

Xanım Abbas Səddam Hüseyn hakimiyyəti illərində İraqdakı türkmənlər üçün də həyatın acınacaqlı olduğunu bildirib. O qeyd edib ki, həmin illərdə türkmənlərin bir qismi yaşadıqları bölgəni tərk etməli olub və öz kimliklərini itirməyə başlayıblar.

"Həmin illərdə hakimiyyət türkmənlərin torpaqlarını əlindən alaraq ərəblərə verirdi. Xüsusilə də neftlə zəngin olan Kərkük şəhərində," xanım Abbas bildirib.

Ötən ilin iyul ayında Human Rights Watch təşkilatı İraqdakı etnik və dini azlıqların cihadçıların amansız təqibllərinə məruz qaldığı deyib.

"İraq və Şam İslam Dövləti şimaldakı Mosul şəhəri və onun ətrafındakı etnik və dini azlıqları qətlə yetirir, oğurlayır, təhdid edir", - təşkilatın ötən yay yaydığı açıqlamasında bildirib.

Məruzəçı həmçinin, həmin dövrdə özünü türkmən kimi təqdim etməyin də "qadağan" olduğunu söyləyib.

Sundus Abbas, Səddam Hüseyn devrildikdən sonra ölkədə hər kəsin bərabər hüquqlara malik olacağı ümidlərinin də puç olduğunu qeyd edib:

"Biz güman edirdik ki, indi İraqdakı bütün azlıqlar eyni hüquqlara malik olacaqlar, lakin biz yanılmışdıq".

Xanım Abbas bildirib ki, həmin ərəfədə baş vermiş qarışıqlıq zamanı türkmənlərin əlindən alınmış torpaqlar hələ də onlara geri qaytarılmayıb və İraq hakimiyyəti də bununla bağlı heç bir addım atmır.

Abbas həmçinin qeyd edib ki, İraqdakı digər qrupların özlərinə məxsus silahlı dəstələrinin olmasına baxmayaraq, türkmənlərin heç bir mühafizəsi də yoxdur. "Eyni zamanda, türkmənlərə yüksək mövqelərdə işləmək izni də verilmir," o bildirib.

Baxmayaraq ki, Kərkük şəhərində türkmənlər çoxluq təşkil etmir, orada "baş vermiş terror aktlarının 95 faizi də türkmənləri hədəfə alıb", məruzəçi deyib.

Türkmənlərin məskunlaşmış olduğu Əmirli şəhərindən danışan Sundus Abbas xatırladıb ki, 2007-ci ildə şəhər bazarında baş vermiş partlayış nəticəsində 100-dən çox insan həlak olub. O bildirib ki, həmin ərəfədə "terrorçu qruplar" iki müəllimi sadəcə türkmən olduqları üçün qətlə yetiriblər. "İraqda türkmən olmaq cinayətdir," Abbas bildirib.

Daha sonra türkmənlərlə bağlı ən son vəziyyətindən danışan Abbas, İD hücumlarının da, türkmənlər də daxil olmaqla daha müdafisəsiz qruplara qarşı yönəldiyini bildirib.

Xanım Abbas deyib ki, Qərb, bölgədəki qrupları silahlandırarkən diqqətli olmalıdır. Türkmənlərin döyüşçü dəstələri olmadığı üçün hərbi yardım almadığını bildirən Abbas qeyd edib ki, silahlanan digər qrupların vəziyyətdən türkmənlərin əleyhinə istifadə etməyəcəyinə əmin olmaq lazımdır.

"Biz İraq qoşunları və digər qüvvələrin İD-ə qarşı döyüşünü təqdir edirik, lakin bu türkmən ərazilərinin ilhaqı ilə nəticələnməməlidir," xanım Abbas bildirib.
"Biz hesab edirik ki, beynəxlaq ictimaiyyət İraq türkmənlərinin çəkdiyi əziyyətlərə etinasız yanaşır. İraqdakı türkmən, xristian, yezidilərin yaşadığı bölgələr heç bir mühafizə olmadan tək başına buraxılıb".

"Terror qrupları üçün bu ərazilərə daxil olmaq çox rahatdır. Çünki heç kim bu əraziləri müdafiə etmir. Qərb siyasətçiləri isə bölgədə baş verən insan haqlarının pozulması hallarına görə birbaşa olmasa da, dolayısı yolla cavabdehdirlər," məruzəçi əlavə edib.

Sonda mövzu il bağlı müxtəlif şərhlər və suallar səsləndirilib. Lord Alton bildirib ki, İraqdakı türkmənlərə qarşı olan hücumlar əslində ölkədəki bütün vətəndaşların vəziyyətinə xələl gətirir.

Milli.Az





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    İyun 2018    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

KATEQORIYALAR