Sumqayıtda hava

Maraqlı

Azərbaycanda yeni qurğu ixtira edilib (FOTO)

Azərbaycanda yeni qurğu ixtira edilib (FOTO)


Azərbaycan Texnologiya Universitetində yeni qurğu ixtira olunub. 6 ay müddətinə hazırlanan cihaz artıq patentləşdirilib və ilkin olaraq müsbət rəy alıb. SİA-nın verdiyi məlumata görə cihazı universitetin rektoru Akif Süleymanov və Standartlaşdırma və meteorologiya kafedrasının müdiri Şahlar Babayev hazırlayıb. Yeni qurğu qapalı şəraitdə olan dəm qazını və digər yanmamış qazları təbii yolla atmosferin yuxarı qatlarına ataraq zərərsizləşdirir.
"Bu qurğu tüstü borulara yerləşdirilir. Küləyin enerjisindən istifadə edərək qurğu fırlanır və seyrləkmə yaradır, bunun da müqabilində dəm qazı və digər qazlar atmosferə atılır”- deyə, Ş.Babayev bildirib.
Cihazın geniş tətbiqi ilə bağlı Fövqəladə Hallar Nazirliyi, eləcə də digər aidiyatı qurumlar məlumatlandırılıb. Qurğudan gələcəkdə kütləvi şəkildə istehsal olunacaq.
Ekspertlər bildirib ki, bu vaxta qədər qapalı halda heç bir enerji sərf etmədən dəm qazı və digər yanmamış qazların təbii yolla zərərsizləşdirilməsini təmin etmək üçün bundan yaxşı cihaz hazırlanmayıb.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    May 2018    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

KATEQORIYALAR