Sumqayıtda hava

Cəmiyyət

Sumqayıtın bir qrup idmançısı mükafatlandırıldı

Sumqayıtın bir qrup idmançısı mükafatlandırıldı


5 mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Sumqayıt Gənclər Evində şəhərin idman təşkilatlarının rəhbərləri, bədən tərbiyəsi və idman veteranları, dünya, Avropa yarışları, Olimpiya və Paraolimpiya Oyunlarının mükafatçıları, əməkdar məşqçilərin iştirakı ilə görüş keçirilib.

Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə idarə rəisi Elşən Baxşəliyev ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafı istiqamətində atılan addımlardan, idmana göstərilən dövlət qayğısından, əldə olunan uğurlardan danışıb.

Qeyd edilib ki, ölkəmizdə idman siyasətinin təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulub və bu siyasət Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Çıxışlarda dövlət başçısının idmançılara xüsusi həssaslıqla yanaşmasından, Azərbaycanın dünyanın idman mərkəzlərindən birinə çevrilməsindən danışılıb. Qeyd olunub ki, Prezident İlham Əliyevin iştirakı ilə Sumqayıt Paralimpiya və Olimpiya İdman Kompleksinin, eləcə də 1 saylı Uşaq Gənclər İdman Məktəbinin açılışı Sumqayıt idmançılarına olan dövlət qayğısının əyani təzahürüdür.

Tədbirdə 2014-cü ildə dünya və Avropa yarışlarında yüksək nailiyyət əldə edən bir qrup idmançıya Şəhər Gənclər və İdman Baş İdarəsinin xatirə hədiyyələri təqdim olunub.

AZƏRTAC





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    İyun 2018    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

KATEQORIYALAR