Sumqayıtda hava

Dünya

ABŞ-da keçirilən beynəlxalq tədbirdə Sumqayıt məktəbliləri də uğur qazanıb

ABŞ-da keçirilən beynəlxalq tədbirdə Sumqayıt məktəbliləri də uğur qazanıb


Martın 5-də Sumqayıt Dövlət Universitetində “Sabahın alimləri” IV Respublika müsabiqəsində qalib olan şagirdlərlə görüş keçirilib.

Elm və innovasiyalar üzrə prorektor, professor Ramazan Məmmədov tədbiri açaraq Azərbaycan Prezidentinin Sərəncamı ilə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın təsdiq edilməsini ölkə təhsilinin yeni inkişaf mərhələsinə qədəm qoymasının təzahürü kimi qiymətləndirib. Strategiyada ölkəmizin inkişaf konsepsiyasına və qabaqcıl beynəlxalq təcrübəyə uyğun rəqabətqabiliyyətli təhsil sisteminin qurulması istiqamətində hədəflər müəyyənləşdirilib.

Bildirilib ki, Təhsil Nazirliyi Dövlət Strategiyasının Fəaliyyət Planında təhsilin bütün pillə və səviyyələri üzrə gələcək tədbirlərin icrası ilə bağlı dəqiq və əhatəli işlər görür. Təhsil sistemində keyfiyyətin yüksəldilməsi, kadr potensialının səriştə və kompetensiya baxımından gücləndirilməsi, şəffaflığın təmin edilməsi, müasir idarəetmə modelinin tətbiqi və digər istiqamətlər üzrə islahatlar həyata keçirilir.

R.Məmmədov “Sabahın alimləri” IV Respublika müsabiqəsinin keçirilməsinin əsas məqsədinin yuxarı sinif şagirdlərinə elmi təfəkkür tərzi və tədqiqatçılıq vərdişlərinin aşılanmasından ibarət olduğunu bildirib.

Sonra çıxış edən Sumqayıt şəhər Təhsil şöbəsinin müdir əvəzi Vaqif Ələkbərov IV Respublika müsabiqəsinin keçirilməsini yüksək qiymətləndirib. Qeyd edib ki, “Sabahın alimləri” müsabiqəsi hər il ABŞ-da 70-dən artıq ölkənin şagirdlərinin iştirakı ilə keçirilən “İntel ISEF - Beynəlxalq Elm və Mühəndislik Sərgisi” çərçivəsində təşkil olunur. Bu müsabiqədə Sumqayıt şəhərinin orta məktəblərinin IX-XI siniflərində təhsil alan 9 şagird 19 layihə ilə iştirak edib. Müsabiqəyə təqdim olunan bu layihələrdən altısı II və III yerlərə layiq görülüb.

Qalib gəlmiş şagirdlər və onların elmi rəhbərləri universitet rəhbərliyi tərəfindən diplom, pul mükafatı və hədiyyələrlə təltif ediliblər.

Sonda qonaqlar universitetdə yaradılmış müasir laboratoriya və auditoriyalarla tanış olublar.

ABŞ-da keçirilən beynəlxalq tədbirdə Sumqayıt məktəbliləri də uğur qazanıb

AZƏRTAC





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

KATEQORIYALAR