Sumqayıtda hava

Cəmiyyət

Sumqayıtda müəssisələrin pulunu mənimsəyən şəxsə hökm oxunub

Sumqayıtda müəssisələrin pulunu mənimsəyən şəxsə hökm oxunub


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirli bilinən Sumqayıt şəhər sakini Xanağa Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə X.Məhərrəmov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, X.Məhərrəmov Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən həbs edilib. O, Sumqayıtda müxtəlif profilli ərzaq malları istehsal edən sexdə satış meneceri vəzifəsində çalışıb, müəssisələrə satış üçün təhvil məqsədilə ona etibar edilən 42 min manat pulu mənimsəyib.

Milli.Az





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

KATEQORIYALAR