Sumqayıtda hava

Hadisə

14 yaşında Sumqayıtda qətl törədən yeniyetmə yenə məhkəmə qarşısına çıxıb

14 yaşında Sumqayıtda qətl törədən yeniyetmə yenə məhkəmə qarşısına çıxıb


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində cəzaçəkmə müəssisəsinin normal fəaliyyətini pozmaqda təqsirli bininən 1997-ci il təvəllüdlü Vaqif Səlimbəylinin cinayət işi üzrə məhkəmə prosesinə start verilib.

Hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı martın 11-ə təyin edilib.

Qeyd edək ki, Vaqif Səlimbəyli cəzaçəkmə müəssisələrində normal fəaliyyəti dəfələrlə pozub. Onun barəsində Cinayət Məcəlləsinin 317-ci (cəzaçəkmə müəssisəsinin fəaliyyətini pozma) maddəsi ilə cinayət işi başlanılıb.

Onu da qeyd edək ki, V.Səlimbəyli 14 yaşında adam öldürməkdə təqsirli bilinib. O, 2011-ci ilin 19 sentyabr tarixində Sumqayıt şəhərində valyutadəyişmə məntəqəsinin rəhbərini öldürməkdə təqsirli bilinib və 9 il müddətinə azadlıq məhrum edilib.

Lent.az





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

KATEQORIYALAR