Sumqayıtda hava

Elan

“Gənc Sahibkarlar üçün ASAN xidmətlər” adlı seminar və məlumat turu

“Gənc Sahibkarlar üçün ASAN xidmətlər” adlı seminar və məlumat turu


Hörmətli gənclər və gənc sahibkarlar.

Sizi 14 mart 2015-ci il tarixi saat 12:00-da, 1 saylı Bakı “ASAN xidmət” mərkəzində baş tutacaq “Gənc Sahibkarlar üçün ASAN xidmətlər” adlı seminar və məlumat turuna dəvət edirik.

Tədbir “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi,“Coca-Cola” şirkəti, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən Youth Inc. Proqramı çərçivəsində ASAN Könüllülər Gənclər Təşkilatının təşkilatçılığı və dəstəyi ilə həyata keçiriləcək.

Tədbir çərçivəsində gənclər hüquqi şəxslər və fərdi sahibkarlara cari bank hesabının açılması, fiziki şəxslərin sahibkarlıq uçotuna alınması, kommersiya hüquqi şəxslərin və vergi ödəyicilərinin qeydiyyatı, yerli investisiyalı kommersiya hüquqi şəxslərinin dövlət qeydiyyatına alınması, dövlət rüsumları, ASAN imza, Mobil imza kimi ASAN xidmətlər üzrə məlumatlandırılacaqlar.

Tədbir 2 hissədən ibarət olacaq: 2 saat- seminar, yarım saat- informasiya turu.

Seminarda iştirakçı olaraq 18- 35 yaş arası sahibkarlıq fəaliyyəti ilə məşğul olan ya da gələcəkdə biznes sahəsində işləmək arzusunda olan şəxslər dəvət olunurlar. Tədbirdə iştirak üçün aşağıdakı formanı doldurmağınız xahiş olunur. Tədbir iştirakçıları anket sorğusunun göstəricilərinə görə seçiləcəklər.

Qeydiyyat forması

Son qeydiyyat tarixi: 10 mart 2015-ci il, saat 24:00

Əlaqələndirici şəxs: Günay Əzizova
Mobil tel: 0505814060
E-mail: youthinc@dvc.az
Ünvan: Azərbaycan, AZ 1014, Bakı şəh., Süleyman Rüstəm küç. 15H





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

KATEQORIYALAR