Sumqayıtda hava

Cəmiyyət

Sumqayıt Dövlət Universitetində mühəndislik təhsili təkmilləşdirilir

Sumqayıt Dövlət Universitetində mühəndislik təhsili təkmilləşdirilir


Sumqayıt Dövlət Universitetində Azərbaycan üçün mühəndis təhsilində tədris prosesinin Boloniya prosesinə uyğunlaşdırılması üzrə TEMPUS layihəsi müzakirə edilib.

Rektor Elxan Hüseynov ilə Köln Tətbiqi Elmlər Universitetinin professoru Reza Talebi-Daryaninin görüşündə bakalavr və magistr təhsilinin akkreditasiya məsələləri diqqət mərkəzində olub.

Layihənin koordinatoru, professor Reza Talebi-Daryani səfərinin əsas məqsədinin martın 29-dan aprelin 2-dək Almaniyanın ASİİN akkreditasiya təşkilatı tərəfindən Sumqayıt Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti və Azərbaycan Dövlət Neft Akademiyasında üç bakalavr və üç magistr proqramının akkreditasiya olunmasına hazırlıqla bağlı olduğunu bildirib.

Reza Talebi-Daryani son dövrlər SDU-da həyata keçirilən layihələrin uğurlarından danışaraq, universitetdə müasir standartlara cavab verən laboratoriyaların fəaliyyətini yüksək qiymətləndirib.

Görüşdə mühəndis təhsilinin təkmilləşdirilməsi və TEMPUS layihələrinin akkreditasiyasının nəzərdə tutulduğu diqqətə çatdırılıb.

AZƏRTAC





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    İyun 2018    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

KATEQORIYALAR