Sumqayıtda hava

Maraqlı

Buddist Şaylendra müsəlman Əli oldu

Buddist Şaylendra müsəlman Əli oldu


Hindistanın Kalkuta şəhərindən olan 33 yaşlı buddist alim Şaylendra Sinqh Türkiyədə İslam dinini qəbul edib və Əli adını qəbul edib.

İslamı araşdırmaq üçün Türkiyədə olan və maqistr təhsilini burada alan Sinqh müsəlmanların ibadətini gördükdən sonra həyatında böyük əskikliklər olduğunu başa düşdüyünü deyib.

“Malaziyada gördüyüm ərəb dostlar da mənə təsir etdilər. Onların ibadətini görəndə həyatımda bəzi şeylərin əskik olduğunu hiss etdim. Allahdan uzaq qaldığımı gördüm. Araşdırmağa başladım. İnternetdə çoxlu moizə dinlədim”.

Əli adını qəbul edərkən Həzrəti Əlidən (ə) təsirləndiyini deyən Sinqh yeni yaşayışı üçün onun həyatından güc aldığını deyib.

Daxilindəki mənəvi boşluğu doldurmaq üçün 10 ildir araşdırmalar apardığını deyən Əli Sinqh indi bu boşluğu doldurmaq üçün Qurani Kərim oxuduğunu bildirib.

Əli Sinqh bu dunu qəbul etdikdən sonra buddist anasının ondan küsdüyünü deyib.

ANS PRESS





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR