Sumqayıtda hava

Cəmiyyət

Azərbaycanda qadını döyənlər... - Onları siz də TANIYIN

Azərbaycanda qadını döyənlər... - Onları siz də TANIYIN


8 mart - Beynəlxalq Qadınlar Günü ərəfəsində zərif cinsin nümayəndələri daha çox hədiyyə istəkləri ilə, xoş sözlərlə gündəmə gəlsələr də, onlar arasında döyülən, söyülən, zorakılığa məruz qalanlar da az deyil.

Bu məqamda təəssüflənərək döyülən qadınlarla bağlı hüquq-mühafizə orqanlarına edilən bəzi şikayətləri sizə təqdim edirik.

Həyat yoldaşları tərəfindən döyülən xanımlar:

Nərimanov rayonu ərazisində K.Rəhimov küçəsində 1966-cı il təvəllüdlü İsa Ramazanov arvadı, 1973-cü il təvəllüdlü Kəmaləni döyüb.

Səbail rayonu T.Elçin küçəsində yaşayan 1987-ci il təvəllüdlü Günel Qurbanovanı həyat yoldaşı, 1978-ci il təvəllüdlü Musa Məmmədov döyüb.

Qeyri-rəsmi olaraq birlikdə yaşadığı kişilər tərəfindən döyülən qadınlar:

Nərimanov rayonu Ziya Bünyadov prospektində 1981-ci il təvəllüdlü Taleh Mirzəyev qeyri-rəsmi yaşadığı, 1991-ci il təvəllüdlü Svetlana Aleksandrovna Voropayevanı döyüb.

Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi AB yaşayış massivində yaşayan 1998-ci il təvəllüdlü Lalə Məmmədovanı qeyri-rəsmi yaşadığı, 1993-cü il təvəllüdlü Sahib İsmayılov döyüb və nəticədə hamiləliyi pozulub.

İctimai obyektlərdə, restoran, kafe və iş yerlərində döyülən zərif cinsin nümayəndələri:

Nəsimi rayonu A.Mustafayev küçəsində yerləşən çay evində Ümid adlı şəxs 1997-ci il təvəllüdlü Mehranə Mirzəyevanı döyüb.

Xətai rayonunda M.Hadi küçəsində yerləşən "Qala" kafesində 1984-cü il təvəllüdlü Ramin Əsgərov orada ofisiant işləyən 1983-cü il təvəllüdlü Təranə Alıyevanı döyüb.

Binəqədi rayonunda "Pinkaus" restoranında Pərviz adlı şəxs 1990-cı il təvəllüdlü Ülviyyə Zeynallını döyüb.

Tanımadığı kişilər tərəfindən döyülən qadınlar:

Suraxanı rayonunda 3 nəfər naməlum şəxs 1998-ci il təvəllüdlü Pərvin Məmmədovanı zorla maşına midnirib, bir neçə dəqiqə sonra maşını saxlayaraq onu itələyib maşından küçəyə atıblar.

Sabunçu rayonunda Kürdəxanı qəsəbəsində naməlum şəxs 1982-ci il təvəllüdlü Xəyalə Abbasovanı döyüb. O, 3 saylı xəstəxanada yardım alıb evə buraxılıb.

Yasamal rayonunda Şərifzadə küçəsində iki nəfər naməlum şəxs 1992-ci il təvəllüdlü Sürəyyə Həmzəyevanı döyüblər.

Nərimanov rayonunda iki nəfər naməlum şəxs Koroğlu Rəhimov küçəsində 1974-cü il təvəllüdlü Nəzakət Musayevanı yaşadığı evdə döyüblər.

Mircəlal küçəsində Seçkin adlı şəxs həmin küçədə yaşayan 1995-ci təvəllüdlü Jalə Balakişiyevanı döyüb.

Bül-bül prospektində Məcid adlı şəxs 1966-ci il təvəllüdlü Gülmirə Ağayevanı döyüb.

Cavadxan küçəsində Ramin adlı şəxs Abşeron rayon sakini, 1988-ci il təvəllüdlü Şəfa Miriyevanı döyüb..

Tanışları tərəfindən döyülən xanımlar:

Səbail rayonu Lermantov küçəsində Yardımlı rayon sakini, 1980-ci il təvəllüdlü Nurlan Baxışov 1991-ci il təvəllüdlü Sevinc Əzizovanı döyüb.

Yasamal rayonunda 1979-cu il təvəllüdlü Babək Duniyev 1981-ci il təvəllüdlü Esmira İmanovanı döyüb.

Bu xronikada qeyd olunanlar yalnız Bakı şəhəri üzrə olan, yalnız bir neçə gün ərzində baş verən və yalnız polisə rəsmi olaraq şikayət edilən hadisələrdir.

Milli.Az





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Fevral 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728 

KATEQORIYALAR