Sumqayıtda hava

Cəmiyyət

Köçkün həyatı yaşayan Qubadlı qadınları öz missiyalarını ləyaqətlə yerinə yetirirlər

Köçkün həyatı yaşayan Qubadlı qadınları öz missiyalarını ləyaqətlə yerinə yetirirlər


Matın 6-da Sumqayıtda yerləşən Qubadlı rayon təhsil şöbəsində 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib. Qubadlı Rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunan tədbirdə rayonun fəal qadınları, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Rayon İH başçısının müavini Xoşqədəm Əliyeva çıxış edərək qadınları əlamətdar gün münasibətilə təbrik edib. Qeyd edilib ki, mürəkkəb və kəşməkəşli həyat yolu keçmiş, tarixin sınaqlarından alnıaçıq, üzüağ çıxmış Azərbaycan qadını müstəqil respublikamızda bərqərar olmuş demokratik cəmiyyətin fəal üzvü kimi çıxış etmək imkanı qazanıb. Ümummilli lider Heydər Əliyevin siyasətində qadına diqqət və qayğının önəmli yer tutduğunu bildirən natiq vurğulayıb ki, bu siyasət hazırda uğurla davam etdirilir. Milli-əxlaqi dəyərlərimizin, adət və ənənələrimizin keşiyində dayanan qadınlarımız Azərbaycanımızı çiçəklənən, inkişaf edən, firavan və qüdrətli bir dövlətə çevirmək yolunda əllərindən gələni əsirgəmirlər. Dövlət həyatının bütün sahələrində xüsusi xidmətləri olan Azərbaycan qadınları ölkəmizdə ictimai-siyasi sabitliyin və əmin-amanlığın qorunması, dövlətçiliyimizin daha da möhkəmləndirilməsi, mədəniyyətimizin inkişafı naminə bu gün də var qüvvələrini sərf edirlər.

Vurğulanıb ki, Azərbaycan xalqının tarixi-mədəni irsinin öyrənilməsində, onun zəngin mədəniyyətinin təbliğində Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətini qadınlarımız örnək kimi qəbul edir.

Çıxışlarda həmçinin qeyd olunub ki, Qubadlı qadınları məcburi köçkün həyatı yaşasalar da, dövlətimizin qayğısından bəhrələnərək bu gün də öz missiyalarını ləyaqətlə yerinə yetirir və ölkəmizin inkişafına dəyərli töhfələr verirlər.

Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup qadına fəxri fərmanlar təqdim olunub.

Köçkün həyatı yaşayan Qubadlı qadınları öz missiyalarını ləyaqətlə yerinə yetirirlər

AZƏRTAC





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Sentyabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

KATEQORIYALAR