Sumqayıtda hava

Cəmiyyət

Sumqayıtda hər həftə iməciliklər keçiriləcək (FOTOLAR)

Sumqayıtda hər həftə iməciliklər keçiriləcək (FOTOLAR)


Prezident İlham Əliyevin respublikada ekoloji tarazlığın qorunması ilə bağlı verdiyi müvafiq tapşırıqlara uyğun olaraq Sumqayıtda ənənəvi ümumşəhər ağacəkmə kampaniyasına start verilib.

Şəhər rəhbərliyi, idarə, müəssisə və təşkilat kollektivlərinin qatıldığı kampaniya ümummilli lider Heydər Əliyevin adını daşıyan Parkdan başlayıb. Ümumilikdə şəhərin bütün istiqamtlərini əhatə edən və minə yaxın sakinin də qatldığı tədbirdə sərv, şam, kedr ağacları əkilib.

Aksiya zamanı şəhərin əksər küçələrində təmizlik işləri aparlıb, ümumilikdə isə 2200-ə yaxın ağac əkilib.

Şəhərin ekoloji təmizliyinə xidmət edən bu cür tədbirlərin Sumqayıtda mütəmadi olaraq hər həftə keçrilməsi nəzərdə tutulur. Məqsəd məhv olmuş yaşıllıq zolağını bərpa etmək, şəhərin ekoloji tarazlığını bərpa etmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə qayğı hissini təbliğ etməkdir.

Sumqayıtda hər həftə iməciliklər keçiriləcək (FOTOLAR)

Sumqayıtda hər həftə iməciliklər keçiriləcək (FOTOLAR)

AZƏRTAC





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

KATEQORIYALAR