Sumqayıtda hava

Cəmiyyət

Sumqayıtda qadınlara qarşı zorakılıqla bağlı dəyirmi masa

Sumqayıtda qadınlara qarşı zorakılıqla bağlı dəyirmi masa


5 dekabr 2014-cü il tarixində “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası çərçivəsində “SOS Uşaq Kəndləri Azərbaycan” Assosiasiyası BMT-nin Əhali Fondu və BMT-nin İnctimai İnformasiya Departamenti ilə birgə Sumqayıt şəhərində dəyirmi masa keçirmişdir. Sumqayıt şəhər İH, QHT nümayəndələri, təhsil işçiləri və gənclərin qatıldığı tədbirdə kampaniyanın məqsədi barədə məlumat verilmiş və qadınlara qarşı zorakılığın aradan qaldırılmasına dair ekspertlərin iştirakı ilə müzakirə keçirilmişdir.
Tədbirin əsas məqsədi kampaniya çərçivəsində qadın və qızlara qarşı zorakılığın aradan qaldırılması və onunla mübarizə aparılması istiqamətində maarifləndirmə işlərinin aparılması və insanlar arasında məlumatlılığı artırmaqdır.
Tədbirdə “SOS Uşaq Kəndləri Azərbaycan” Assosiasiyasının milli direktoru Sevinc İbrahimova, Sumqayıt şəhər İH-nin ictimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Seyfəddin Rəhimov, BMT-nin Əhali Fondunun nümayəndəsi Bəhicə Əliyeva mövzuya dair çıxış etmiş və daha sonra interaktiv müzakirə keçirilmişdir. Dəyirmi masada “SOS Uşaq Kəndləri Azərbaycan” Assosiasiyası tərəfindən həyata keçirilən Sumqayıt Ailələrə Dəstək Layihəsi haqqında məlumat verilmişdir.

Sumqayıtda qadınlara qarşı zorakılıqla bağlı dəyirmi masa





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

KATEQORIYALAR