Sumqayıtda hava

Cəmiyyət

"Sumqayıt" "Qəbələ"yə uduzdu

"Sumqayıt" "Qəbələ"yə uduzdu


Martın 8-də Topaz Premyer Liqasında 25-ci turun oyunları keçirilib.

"Sumqayıt" FK səfərdə "Qəbələ"yə 0:2 hesabı ilə məğlub olub. Hər iki qolu Viktor Mendi vurub.

Qarşılaşmadan sonra komandaların baş məşqçiləri oyun barədə fikirlərini bildiriblər.

“Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədov:
"Birinci hissəyə çox pis başladıq. İkinci hissədə toparlanıb oyunda tarazlıq yaratdıq. Amma qol vura bilmədik. Müdafiədə yaxşı oynayırıq, hücumda isə çətinlik çəkirik. Bunun üzərində işləmək lazımdır. "Qəbələ"yə uğurlar arzulamaq istəyirəm".

“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk:
"Qələbə qazandığımıza görə şadam. Liderlərdən geridəyik və hər oyun meydançaya 3 xal üçün çıxmalıyıq. Birinci hissədəki oyunumuzdan razıyam. İkinci hissədə hesabı qorumağı tapşırmamışdım. Sadəcə, oyunçuların psixologiyası tam formalaşmıyıb. Onlar başa düşməlidir ki, 2-0 sürüşkən hesabdır. Sona kimi oynamaq lazımdır. Ümumilikdə, oyunumuzdan razıyam. Futbolçularımı təbrik edirəm".

Qarşılaşma zamanı “Qəbələ”-nin oyunçularından Ürfan Abbasov, Elvin Camalov, Cavid Hüseynov, Bəxtiyar Soltanov və Ruslan Fomin, "Sumqayıt"dan isə Bəxtiyar Həsənalızadə qeyri-idman hərəkətlərə görə sarı vərəqə ilə cəzalandırılıb.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

KATEQORIYALAR