Sumqayıtda hava

Dünya

ABŞ tankları Rusiyaya çatdı

ABŞ tankları Rusiyaya çatdı


ABŞ Silahlı Qüvvələrinin 120-dən çox tankı və digər ağır zirehli texnikası bu gün Latviyaya gətirilib.

Bu barədə Latviya Müdafiə Nazirliyi açıqlama yayıb.

Məlumata görə, M1A2 Abrams tankları, M2A3 Bradley zirehli maşınları, bundan başqa 120-dən çox hərbi texnika ABŞ-dan Latviyaya gətirilib.

Latviya müdafiə naziri Raymon Beyonis Тwitter səhifəsində ABŞ ağır hərbi texnikasının Latviyaya gətirilməsinə münasibət bildirib:
"Müttəfiqlərimiz NATO və ABŞ-ın Latviyaya dəstəyi regionun təhlükəsizliyi və suverenliyi üçündür".

Qeyd edək ki, Krımın Rusiyaya birləşdirilməsindən və Ukraynanın şərqində münaqişənin davam etməsindən sonra ABŞ bəyan edib ki, Baltikyanı ölkələrə və Polşaya Amerika hərbçiləri yerləşdiriləcək.

Hazırda Latviyada 150 amerikalı desantı var. Latviya 2004-cü ildən NATO-nun üzvüdür.

ANS PRESS





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Yanvar 2017    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

KATEQORIYALAR