Sumqayıtda hava

İqtisadiyyat

Sumqayıtda ödəniş terminalları istehsal edilir

Sumqayıtda ödəniş terminalları istehsal edilir


Sumqayıt Sənaye Parkı (STP) əhalidən maliyyə vəsaitlərinin qəbul edilməsində istifadə edilən ödəniş terminallarının istehsalına başlayıb. SİA-nın məlumatına görə, ödəniş terminalları STP-nin Yüksək gərginlikli elektrik avadanlıqları zavodunun tərkibində yaradılmış terminal istehsalı sahəsində istehsal edilir. Parkın mühəndisi Elvin Aslanov istehsalla bağlı terminalın daxili qurğularının xaricdən alındığını bildirib:
“Zavodda alınan qurğular yerli istehsal olan metal gövdənin içərisinə yığılır. Aparatın pulu qəbul edən, çek verən, pul sayan qurğuları, sensor və kompüter sistemi ABŞ və Rusiyadan alınaraq yığılır”.
Artıq 200-dən çox terminal istehsal edilib.
Qeyd edək ki, ödəniş terminalları müxtəlif xidmətlərə görə əhalidən maliyyə vəsaitlərinin qəbul edilməsi və onlara xidmətlərin göstərilməsi üçün nəzərdə tutulan özünəxidmət məntəqələridir. Bu terminallar əhaliyə onlayn rejimdə 24 saat ərzində fasiləsiz xidmət göstərməyə imkan verir.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    May 2017    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

KATEQORIYALAR