Sumqayıtda hava

Cəmiyyət

Hava yağmursuz olacaq (10.03.2015)

Hava yağmursuz olacaq (10.03.2015)


Martın 10-da Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu hava şəraiti üstünlük təşkil edəcək. Əsasən yağmursuz olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, cənub küləyi 8-13 m/s, gündüz arabir 17 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 1-3° isti, gündüz 8-12° isti olacaq.

Bakıda gecə 1-3° isti, gündüz 9-11° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunundan 764 mm civə sütununa enəcək, nisbi rütubət 80-90 %, gündüz 60-65 % təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Cənub küləyi 5-10 m/s, arabir güclənəcək. Havanın temperaturu gecə 1-6° şaxta, bəzi yerlərdə 3°-dək isti, gündüz 10-15° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında əsasən yağmursuz olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi 5-10 m/s təşkil edəcək, bəzi yerlərdə arabir 25 m/s-dək güclənəcək.. Havanın temperaturu gecə 0-5° şaxta , gündüz 5-10° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında havanın əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Cənub küləyinin sürəti 5-10 m/s, bəzi yerlərdə arabir 20-25 m/s-dək güclənəcək. Temperatur gecə 2° şaxtadan 3°-dək isti, gündüz 9-14° isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava gün ərzində əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi 5-10 m/s təşkil edəcək, arabir 20-25 m/s-dək güclənəcək. Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 4-8° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 12-17° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın əsasən yağmursuz olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi 5-10 m/s. təşkil edəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 9-14° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında havanın gün ərzində əsasən yağmursuz olacağı gözlənilir. Dağlarda duman olacaq. Cənub küləyi 5-10 m/s, arabir 20-25 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 3-5° isti, gündüz 8-13° isti, dağlarda gecə 2-5° şaxta, gündüz 2-6° isti olacağı gözlənilir.

AZƏRTAC





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR