Sumqayıtda hava

Manşet, İqtisadiyyat

"20 yanvar"dan Sumqayıta avtobusların hərəkəti qadağan olunub.

"20 yanvar"dan Sumqayıta avtobusların hərəkəti qadağan olunub.


Sərnişinlər ANS PRESS-ə etdiyi şikayətdə bildirirlər ki, Bakı - Sumqayıt istiqamətində işləyən avtobuslarda gedişhaqqı 10 qəpik artıb. Əvvəllər Sumqayıt avtovağzalından Bakı Beynəlxalq Avtovağzalına işləyən avtobuslar üçün marşrut "20 Yanvar"adək uzadılıb. Bu səbəbdən 40 qəpiyə olan gedişhaqqı hazırda 50 qəpik olub.
Sərnişinlərin sözlərinə görə, Sumqayıtdan Bakı Beynəlxalq avtovağzalına getmək üçün avtobusları saatlarla gözləməli olur.
Digər tərəfdən Bakı-Sumqayıt marşrutu üzrə qeyri-qanuni işləyən mikroavtobuslarda da qiymətlər bahalaşıb. Heç bir maneəsiz "20 yanvar"dan Sumqayıta işləyən sözügedən mikroavtobuslar gedişhaqqını 60 qəpikdən 1 manatadək artırıblar.
Sərnişinlərin sözlərinə inansaq, sözügedən mikroavtobuslarda gedişhaqqı baha olsa da onlar rəqabətdə böyük tutumlu avtobusları üstələyir. Belə ki, oturacaq sayı az olan milroavtobuslardan istifadə edən sərnişinlər avtobusun dolmasını gözləməli olmurlar.
Sərnişinlər hesab edir ki, yeni ildən bu marşrutda gedişhaqqı artırılacağından indidən buna hazırlıq görülür.
Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə bildirilib ki, Bakı-Sumqayıt marşrutunda gedişhaqqı artımı gözlənilmir və qiyməti süni şəkildə artıran sürücülərə qarşı sərt tədbirlər görüləcək:
"Ümumiyyətlə "20 yanvar"dan Sumqayıta avtobusların hərəkəti qadağan olunub. Bu məsələ tezliklə araşdırılacaq və müvafiq tədbirlər görüləcək".





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

KATEQORIYALAR