Sumqayıtda hava

Cəmiyyət

Səkkiz yaşlı sumqayıtlı idmançıdan növbəti zəfər

Səkkiz yaşlı sumqayıtlı idmançıdan növbəti zəfər


Azərbaycan Budo Döyüş Növləri Federasiyasının Hövsan Olimpiya kompleksində təşkil etdiyi respublika çempionatında 100-ə yaxın idmançı gücünü sınayıb.

Yarışda çəkisi 20–100 kiloqram olan idmançılar iştirak edib. Çempionatda diqqət çəkən idmançılardan biri də 8 yaşlı sumqayıtlı Saday Qasımzadə olub.

Dünya çempionu növbəti dəfə qələbə qazanmaq üçün 3 rəqiblə görüşüb. Saday Qasımzadənin rəqibindən daha güclü olması heç kimdə şübhə doğurmurdu. S.Qasımzadə bütün rəqiblərini tam qələbə ilə məğlub edərək növbəti çempionluq yaşayıb. Onun məşqçisi qaydasız döyüş növü üzrə idmançı olan əmisi Natiq Qasımzadədir.

Xatırladaq ki, S.Qasımzadə ötən ilin iyul ayında Dünya kubokunun qalibi olub. Bundan başqa o, Ukraynanın Lvov şəhərində keçirilən dünya çempionatından da Vətənə qızıl medal gətirib.

AZƏRTAC





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    May 2017    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

KATEQORIYALAR