Sumqayıtda hava

Cəmiyyət

Sumqayıtlı tələbələr işlə təmin ediləcək

Sumqayıtlı tələbələr işlə təmin ediləcək


“Azərikimya” İstehsalat Birliyi və ARDNŞ-nin İnsan Resursları Departamentinin aparıcı əməkdaşları Sumqayıt Dövlət Universitetində kimya, mühəndislik, fizika və elektroenergetika fakültələrinin sonuncu kurs tələbələri ilə görüşüblər.

Görüşdə əsas məqsəd energetika, mexanika, kimya texnologiyaları və mühəndislik üzrə sonuncu kurs tələbələri arasında işə qəbulla bağlı ilkin seçim etməkdən ibarət olub.

Qeyd olunub ki, kimya, mühəndislik, fizika və elektroenergetika fakültələrinin sonuncu kurs tələbələri arasında şifahi imtahan təşkil olunacaq. İmtahandan uğurla keçənlər ARDNŞ-nin İnsan Resursları Departamentində test üsulu ilə imtahan verərək, istehsalat müəssisələrində işləmək hüququ qazanacaqlar.

Sonra üç fakültənin sonuncu kurs tələbələri arasında şifahi imtahan keçirilib. Tələbələrin cavablarından razı qalan “Azərikimya” İB-nin nümayəndələri onlara qarşıdakı seçim imtahanlarında uğurlar arzulayıblar.

AZƏRTAC





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

KATEQORIYALAR