Sumqayıtda hava

Cəmiyyət

Sumqayıtda Avropa Oyunlarının təqdimatı keçirildi

Sumqayıtda Avropa Oyunlarının təqdimatı keçirildi


Sumqayıt Dövlət Universiteti və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə ali və orta ixtisas təhsili müəssisələrində “Bakı-2015” ilk Avropa Oyunlarına həsr edilmiş təqdimat və sorğu keçirilib.
Məqsəd bu böyük idman tədbirinə, eyni zamanda, onun açılış və bağlanış mərasiminə könüllülər cəlb etmək, könüllülərin qeydiyyatdan keçməsi zamanı meydana çıxa biləcək çətinliklərə aydınlıq gətirmək, mövzu ilə bağlı tələbələri maraqlandıran sualları cavablandırmaqdır.
Çıxış edənlər Avropa Oyunlarının ilk dəfə Bakıda keçirilməsini mühüm tarixi hadisə, ölkəmizin böyük uğuru kimi qiymətləndiriblər. Bu xəbərin cəmiyyətdə də böyük sevinc hissi ilə qarşılandığı vurğulanıb.
Təqdimat mərasimində “Five Currents” şirkətinin kast-meneceri Nikoletta Corradin (İtaliya) qeyd edib ki, 2015-ci ilin iyun ayının 12-də başlanacaq Avropa Oyunlarının açılış və bağlanışı üçün 6 min könüllü tələbənin iştirakını təmin edəcəyik. Bu iştirakçılar Azərbaycan ali təhsil ocaqlarının tələbələri olacaq. Biz bu təqdimatı artıq 20 ali təhsil ocağında keçirmişik. Bizim istəyimiz və məqsədimiz Azərbaycanın bugünkü uğuru hesab etdiyimiz “Bakı-2015” Avropa Oyunlarında Sumqayıt Dövlət Universitetinin tələbələrini də öz aramızda görməkdir.
ATGTİ-nin icraçı direktoru Şəmsi Gülverdi bildirib ki, əgər əvvəllər Avropa Oyunlarının vətəni Afina sayılırdısa, indi isə Azərbaycandır. Biz tələbə gənclər təşkilatları bu oyunda fəal iştirak etməli, Azərbaycan gəncliyinin nəyə qadir olduğunu öz qələbələrimizlə göstərməliyik.
Sonda “Bakı-2015” Avropa Oyunları ilə bağlı slayd nümayiş etdirilib.

AzərTAc





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

KATEQORIYALAR