Sumqayıtda hava

Manşet, Hadisə

Sərhədçilərimizə gözyaşardıcı qazla hücum edildi

Sərhədçilərimizə gözyaşardıcı qazla hücum edildi


Dövlət Sərhəd Xidməti tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və qaçaqmalçılığa qarşı mübarizə tədbirləri nəticəsində külli miqdarda narkotik vasitəni dövlət sərhədindən keçirməyə cəhd edən qrup ifşa edilib.

Xidmətin Mətbuat Mərkəzinin məlumatına əsasən, mart ayının 5-də, saat 24:00 radələrində Cəlilabad rayonu Dələli kənd ərazisindəki sərhəd zastavasının xidməti sahəsində həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qaçaqmalçılıq yolu ilə dövlət sərhədindən narkotik maddələri keçirən Salyan rayon sakinləri - Hüseynov Rövşən Balaqardaş oğlu və Mirzəyev Təlatun Abdul oğlu “Mercedes” markalı Az-99-NN-353 nömrə nişanlı avtomaşınla birlikdə saxlanılıb.

DSX əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq gözyaşardıcı qazdan istifadə etməklə hadisə yerindən qaçmağa cəhd göstərən şəxslər sərhədçilərin qətiyyətli hərəkətləri sayəsində yaxalanmışlar.

Saxlanılmış şəxslərin üzərlərinə baxış keçirilərkən 4 kiloqram tiryək, 4 ədəd mobil telefon, 1 ədəd gözyaşardıcı qaz balonu aşkar edilərək götürülüb.

Faktla bağlı DSX-nin İstintaq və Təhqiqat İdarəsi tərəfindən CM-in 318 (dövlət sərhədini qanunsuz keçmə), 206 (qaçaqmalçılıq), 234 (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddələri ilə cinayət işi başlanıb, həmin cinayətin iştirakçılarına qeyd olunan maddələrlə ittiham elan edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayəti törətmiş digər iştirakçıların müəyyən edilərək məsuliyyətə cəlb olunması məqsədilə əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2017    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

KATEQORIYALAR