Sumqayıtda hava

Dünya

Prezidentdən zəfər tvitləri (FOTO)

Prezidentdən zəfər tvitləri (FOTO)


Türkiyə prezidenti sosial şəbəkədə Çanaqqala zəfərindən yazıb.

Qardaş ölkənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan martın 18-də 100-cü ildönümünün qeyd edilməsi planlaşdırılan Çanaqqala zəfəri barədə rəsmi “Tvitter” mikrobloqunda fikirlərini bölüşüb.

“Çanaqqala zəfəri yüz minlərlə gəncin şəhid, qazi olaraq həyatlarını qurban verməsi nəticəsində qazanılan bir zəfərdir. Bu döyüşün nəticələrini çox yaxşı bilirik. Yüz il əvvəl yazılan bu şanlı tarixdən çox yaxşı dərs çıxarmalıyıq” – deyə o, yazdığı tvitlərdə bildirib.

Qeyd edək ki, Türkiyənin şanlı tarixinə çevrilən Çanaqqala zəfəri günündə Osmanlı dövləti dünyaya Türk əsgərinin rəşadətini nümayiş etdirib. Bu mübarizədə Türkiyə müttəfiqlərindən gözlədiyi yardımı ala bilməyib. 8 ay davam edən Çanaqqala savaşları hər iki tərəf üçün böyük itkilərə səbəb olub. Düşmən qüvvələr Çanaqqalaya əvvəlcə 70 min əsgər göndərmişdi. Sonradan bu qüvvənin sayı yarım milyona çatdırılıb.
Bunun 400 mini ingilis, 79 mini isə fransız ordusundan idi. İngilislər 115 min ölü, yaralı, əsir və məmələkətinə göndərilən 90 min xəstə olmaqla 205 min nəfər itirdilər. Fransızlar isə 47 min nəfər əsgər itirib.

Qələbə Türk ordusunun 250 min əsgərinin şəhid olması hesabına əldə edilib. Türkiyə Cumhuriyyətinin quruluşundan sonra parlamentin qərarı ilə hər il martın 18-də “Çanaqqala zəfəri” kimi qeyd edilir.

Bu döyüşlərdə 3 mindən çox azərbaycanlı əsgər də şəhid olub. Çanaqqala müharibəsi 1915-1916-cı illərdə Osmanlı dövləti ilə müttəfiq Avropa dövlətləri arasında aparılan dəniz və quru müharibələri kimi tarixə düşüb. Avropa dövlətlərinin əsas məqsədi paytaxt İstanbulu ələ keçirərək boğazın idarəsinə yiyələnmək, Rusiya ilə əməkdaşlıq və hərbi ticarət yolu açmaq olub. İlk hədəf olaraq Çanaqqalaya girə bilən avropalıların hücumları iflasa uğrayıb. Hər iki tərəfin ağır itki verməsinə baxmayaraq, türklər istilaçı qüvvələri geri qova bilib.

Prezidentdən zəfər tvitləri (FOTO)





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

KATEQORIYALAR