Sumqayıtda hava

İqtisadiyyat

Avropa Oyunları ilə bağlı təmir işləri (FOTO)

Avropa Oyunları ilə bağlı təmir işləri (FOTO)


İlk Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar nəzərdə tutulan marşrut əsas götürülməklə həyata keçirilən işlər sürətlə davam etdirilir.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, idmançıları, texniki heyəti və media yayım şirkəti nümayəndələrini Atletlər və Media kəndindən məşqlərə və idman obyektlərinə aparmaq üçün planlaşdırılan marşrut - Ziya Bünyadov pr-20 yanvar dairəsi-Moskva prospekti-20 Yanvar tuneli-Bakı-Sumqayıt yolundan geriyə-Bakı Dairəvi yolu-Bakı-Ələt yolunun 2-14 km hissəsini əhatə edəcək.

Hazırda sözü gedən marşrut üzrə Bakı Dairəvi avtomobil yolunun 14 km-lik (Lökbatan dairəsindən şəhər istiqamətinə) hissəsində təmir işlərinə başlanılıb.

Təmir işləri çərçivəsində yol konstruksiyasının üst qatının yenilənməsi işləri aparılır.

ANS PRESS





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

KATEQORIYALAR