Sumqayıtda hava

İqtisadiyyat

Nazir: "Sumqayıtda da yaxın günlərdə yarmarka açılacaq"

Nazir: "Sumqayıtda da yaxın günlərdə yarmarka açılacaq"


Martın 14-də Kənd Təsərrüfatı Naziri Heydər Əsədov Xətai rayonunda, Bakı kinoteatrının yanında, Binəqədi rayonunda Elit Ticarət Mərkəzinin yaxınlığında və Yasamal rayonunda İran klinikasının yanında yeni açılmış kənd təsərrüfatı məhsullarının satış yarmarkalarına baş çəkib.

"YeniSumqayit.az"ın Nazirliyin saytına istinadla verdiyi xəbərə əsasən, nazir burada satıcılar və alıcılar üçün yaradılmış şəraitlə tanış olub, qiymətlər və məhsulun keyfiyyəti ilə maraqlanıb, paytaxt sakinlərinin rəy və təkliflərini dinləyib və müvafiq tapşırıq və tövsiyələrini verib.

H.Əsədov jurnalistlərə müsahibəsində bildirib ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə qiymətlərdə heç bir artım yoxdur:
"Heç bir inzibati təsir göstərilməyib. Sadəcə bazarda təklifi artırmaqla, tələbi daha dolğun ödəməklə qiymətlərin aşağı salınmasına nail olmuşuq. Daha doğrusu, qiymətlər avtomatik surətdə dediyimiz qanuna uyğun olaraq formalaşıb. Hesab edirəm ki, əhali heç bir çətinlik çəkmədən bu qiymətlərlə öz bazarlığını edəcək."

Bu il yarmarkaların sayının artırıldığını da söyləyən nazir deyib:
“Xətai rayonunda ikinci, Yasamal rayonunda ikinci yarmarkalar açılıb, Binəqədidə yarmarka yeniləşdirilib, Suraxanıda tam yenisi açılıb, Sumqayıtda da yaxın günlərdə yarmarka açılacaq”.

Yarmarkalarda nümunəvi səliqə-sahman, fermerlər və digər torpaq mülkiyyətçiləri, eyni zamanda buraya bazarlıq etməyə gələn paytaxt sakinləri üçün əlverişli şərait yaradılıb. Qiymətlər lövhələrdə göstərilib.

Nazir: "Sumqayıtda da yaxın günlərdə yarmarka açılacaq"

Nazir: "Sumqayıtda da yaxın günlərdə yarmarka açılacaq"

Nazir: "Sumqayıtda da yaxın günlərdə yarmarka açılacaq"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    İyun 2017    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

KATEQORIYALAR