Sumqayıtda hava

Manşet, İqtisadiyyat

Pakistan Prezidenti Sumqayıtda olub

Pakistan Prezidenti Sumqayıtda olub


Martın 14-də Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseyn Sumqayıt Texnologiyalar Parkı ilə tanış olub.

Məlumat verilib ki, 2009-cu ildə fəaliyyətə başlayan STP bu gün Azərbaycanın qeyri-neft sektorunda layiqincə yer tutan müəssisələrdən biridir. Hazırda parkın ümumi sahəsi 250 hektardır. Tərkibində 17 zavodu birləşdirən nəhəng texnoparkın 4500-dən çox işçisi var.

STP-nin tərkibində olan zavodlar aparıcı dünya istehsalçılarının ən müasir texnoloji avadanlığı ilə təchiz edilib. Gələcəkdə STP ixrac təyinatlı məhsul istehsalı ilə məşğul olan 30 müəssisəni əhatə edəcək. Yeni zavodlar istifadəyə veriləndən sonra işçilərin sayı artaraq, 10 min nəfərdən çox olacaq.

Sonra Pakistan Prezidenti elektromobildə Parkın müəssisələrini gəzib, kabel, mis və alüminium çubuqların istehsalı, plastik borular, isti sinkləmə, habelə yüksək voltlu elektrik avadanlığı, günəş kollektorları istehsal edən zavodlarda, elektron cihazlar, metal konstruksiyalar, dəqiq emal mərkəzində olub. Bildirilib ki, STP-də buraxılan məhsulun dünya standartlarına uyğunluq sertifikatı var və müəssisələrdə idarəetmə tamamilə avtomatlaşdırılıb.

STP-də görülən işlər və investorlar üçün yaradılan əlverişli şərait Pakistan Prezidenti tərəfindən yüksək qiymətləndirilib.

Sonda ali qonağa xatirə hədiyyəsi təqdim edildi.

Pakistan Prezidenti Sumqayıtda olub

Pakistan Prezidenti Sumqayıtda olub

azerbaijan-news.az





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2017    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

KATEQORIYALAR