Sumqayıtda hava

İqtisadiyyat

Bu il Sumqayıtda beton məmulatı zavodu və tikiş fabriki istifadəyə verilib

Bu il Sumqayıtda beton məmulatı zavodu və tikiş fabriki istifadəyə verilib


Cari ilin yanvar-fevral aylarında ölkənin tikinti kompleksində 1697,5 mln. manat məbləğində (ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,5% çox) vəsaitdən istifadə edilib və onun 1247,0 mln. manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əsas kapitala yönəldilmiş vəsaitin 886,5 mln. manatı yerli mənbələrdən daxil olub.

Müxtəlif mənbələrdən ayrılmış vəsaitlər hesabına iki ay ərzində 262,9 min kvadrat metr yasayış evləri, növbədə 90 nəfəri qəbul etmək imkanına malik ambulatoriya poliklinika müəssisələri, 998 şagird yerlik ümumtəhsil məktəbləri, 150 yerlik məktəbəqədər təhsil müəssisələri, 140 yerlik klub və mədəniyyət evləri, Bakı şəhərində 110 kilovoltluq “Ağ səhər-1”, “Həzi Aslanov”, “Kürdəxanı” və 35 kilovoltluq 7 elektrik yarımstansiyası, Sumqayıt şəhərində Beton məmulatı zavodu və “Alyans Tekstil” tikiş fabriki, Qusar rayonunda “Park Chalet Shahdag” Oteli istifadəyə verilib.

Bu il Sumqayıtda beton məmulatı zavodu və tikiş fabriki istifadəyə verilib

REPORT.AZ





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

KATEQORIYALAR