Sumqayıtda hava

İqtisadiyyat

Sənaye parkının infrastrukturunun ilk fazasının tikintisi ilin sonunadək başa çatdırılacaq

Sənaye parkının infrastrukturunun ilk fazasının tikintisi ilin sonunadək başa çatdırılacaq


Sumqayıt Kimya Sənaye Parkı ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalını inkişaf etdirmək, qeyri-neft sektorunun davamlı inkişafını dəstəkləmək, əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq məqsədi ilə yaradılıb.

Sənaye Parkının fəaliyyəti üçün ayrılmış ərazidə köhnə qurğular sökülüb, torpaq istifadəyə yararlı vəziyyətə gətirilib. Xarici və daxili infrastrukturun - qaz, su, kanalizasiya, rabitə, nəqliyyat xətlərinin, elektrik və istilik enerjisi, yanğından mühafizə, istehsal təyinatlı obyektlərin yaradılması istiqamətində zəruri tədbirlər görülüb. Ümumilikdə bütün sahələr üzrə inşaat işləri qrafikə uyğun aparılır.

Sənaye Parkının infrastrukturunun birinci fazasının tikintisi bu ilin sonunadək başa çatdırılacaq.

Bu barədə İqtisadiyyat və Sənaye Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, ərazidaxili yeraltı kommunikasiya xətləri, o cümlədən elektrik, fiber-optik kabel, içməli, texniki, yanğına qarşı su xətləri texniki qalereyalar vasitəsi ilə çəkilir. Eni 3 metr, hündürlüyü isə 2,2 metr olan yeraltı qalereyaların ümumi uzunluğu 10 min 265 metr təşkil edir. Yaxın zamanlarda yeraltı texniki qalereyanın tikinti-quraşdırma işləri başa çatacaq. Paralel olaraq daxili məişət tullantı suları və kanalizasiya, kimyəvi tullantı su xətlərinin, ərazidaxili yağış suyu şəbəkəsinin tikinti və quraşdırma işləri də görülür.

Baş plana əsasən, Parkın ərazisi sənaye zonası və sosial zonadan ibarətdir. Hazırda parkda 4 şirkət rezident statusu alıb. Bunlar “Azertexnolayn” MMC, “SOCAR Polymer”, “AzerFloat” QSC və “Azerbaijan Fibro Cement” MMC-dir. Rezidentlər 7 il müddətinə mənfəət, əmlak və torpaq vergilərindən, həmçinin idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğulara görə ƏDV-dən azad olunurlar.

SKSP-da texniki infrastruktur şəbəkəsi rezidentlərə ən müasir üslubda inşa olunaraq “birbaşa qoşulma” (“plug&play”) sistemi əsasında təqdim olunacaq. Yəni, sənaye parkının hər bir rezidentinin infrastruktur şəbəkəsinə dərhal qoşulmaq imkanı olacaq. Sənaye Parkının infrastrukturunun tikintisi dövlət büdcəsi hesabına maliyyələşdirilir. Bu isə öz növbəsində investisiya layihələrini daha da səmərəli edəcək.

Sənaye Parkında rezident statusu əldə etmək istəyən investorlar üçün qeydiyyat proseduru sadələşdirilib. Belə ki, investorların rahat qeydiyyatdan keçməsi, qeydiyyat ərizələrinin doldurulması, statistik hesabatların təqdim edilməsi, Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi ilə inteqrasiyanın təmin edilməsi üçün “vahid pəncərə” şəklində elektron portalın yaradılması üzərində işlər davam etdirilir. SKSP-nin rezident olmaq istəyən fiziki və hüquqi şəxslər elektron imza əldə etməklə burada qeydiyyatdan keçə biləcəklər. Bu portal eyni zamanda rezidentlər üçün elektron ofis (E-ofis) kimi xidmət göstərəcək. Artıq portal üzərində ilkin sınaqlar həyata keçirilib.

Sənaye parkının infrastrukturunun ilk fazasının tikintisi ilin sonunadək başa çatdırılacaq

AZƏRTAC





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

KATEQORIYALAR