Sumqayıtda hava

Cəmiyyət

Sumqayıt gənclərin gözü ilə

Sumqayıt gənclərin gözü ilə


Gənc İstedadlara Dəstək Fondu tərəfindən Sumqayıta şəhər statusu verilməsinin 65-ci ildönümünə həsr olunan “Sumqayıt gənclərin gözü ilə” adlı almanax nəşr etdirilmişdir.
Kitab Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi və Təhsil Şöbəsinin təşkilati dəstəyi ilə GİDF tərəfindən həyata keçirilən ““Sumqayıtı tanı!” adlı silsilə tədbirlərin keçirilməsi” layihəsi çərçivəsində hazırlanmışdır. Kitabın tərtibçisi GİDF-nun rəhbəri Rüstəm Sadıqzadə, redaktoru Təhsil Şöbəsi Metodiki kabinetinin direktoru, əməkdar müəllim Sabir Məmmədovdur.
Almanaxa şəhərin ümumtəhsil məktəblərində təhsil alan istedadlı və yaradıcı gənclərin mütəxəssislər tərəfindən seçilmiş ən yaxşı inşa yazıları və rəsmləri daxil edilmişdir.
İnşa və rəsmlərdə əsası müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan, hazırda Respublika prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə davam və inkişaf etdirilən siyasi kursun bütün sahələri əhatə edən mütərəqqi nəticələri, xüsusilə Sumqayıtda aparılan genişmiqyaslı abadlıq və quruculuq işləri təqdirəlayiq hal kimi işıqlandırılmışdır.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

KATEQORIYALAR