Sumqayıtda hava

Redaktorun Seçimi, Elan

“Ümumdünya Autizm Məlumatlandırma günü” müsabiqəsi

“Ümumdünya Autizm Məlumatlandırma günü” müsabiqəsi


Aida Uşaq Psixologiya Mərkəzi “2 aprel Ümumdünya Autizm Məlumatlandırma günü” münasibəti ilə müsabiqə elan edir.

Müsabiqədə yaşından, ixtisasından asılı olmayaraq hər bir kəs iştirak edə bilər. Müsabiqə zamanı müxtəlif başlıqlar altında Autizmi təsvir edən məqələlər qəbul olunacaqdır. Məqalələr münsiflər heyəti tərəfindən dəyərləndiriləcək və 2 aprel tarixində keçiriləcək tədbir zamanı qalib elan ediləcəkdir.

Müsabiqənin şərtləri:
1. Məqalələr Microsoft Office Word proqramında, Times New Roman formatında və 12 şriftlə yazılmalıdır. Məqalənin ölçüsü 2 A4 səhifəsindən artıq olmamalıdır.
2. Məqalənin tamamı hər hansı kitabdan, saytdan və ya başqa məqalələrdən tərcümə edilməməlidir. Bu kimi məqalələr müsabiqədən kənarlaşdırılacaqdır.
3. Məqalənin sonunda istifadə olunan ədəbiyyat siyahısı qeyd edilməlidir.
4. Məqalənin sonunda ad, soyad, təhsil aldığı müəssisə, ixtisas, kurs və əlaqə nömrəsi qeyd edilməlidir.
5. Məqalələr psixoloq.org@gmail.com email ünvanına məqalə adı və məqaləyə uyğun şəkil ilə birlikdə göndərilməlidir.
6. Məqalələrin son qəbul tarixi 30.03.2015-ci ildir.

İlk 3 yerin sahibi Aida Uşaq Psixologiya Mərkəzi tərəfindən sertifikatla təltif ediləcəkdir.

1. Birinci yerin sahibinə Aida Uşaq Psixologiya Mərkəzi tərəfindən 50 azn-lik hədiyyə çeki + sahibinə Aida Uşaq Psixologiya Mərkəzi-ndə 1 ay müddətində praktika keçmək şansı+ Çetin Özbey “ Yalnızlıq ölkəsinə səyahət” kitabı.
2. İkinci yerin sahibinə Aida Uşaq Psixologiya Mərkəzi-ndə 1 ay müddətində könüllü kimi fəaliyyət göstərmə şansı + Çetin Özbey “ Yalnızlıq ölkəsinə səyahət” kitabı
3. Üçüncü yerin sahibinə Aida Uşaq Psixologiya Mərkəzində 50 faizlik endirim kuponu + Çetin Özbey “ Yalnızlıq ölkəsinə səyahət” kitabı.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2018    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

KATEQORIYALAR