Sumqayıtda hava

Cəmiyyət

Sumqayıt yığması əsas kubok uğrunda mübarizəyə qatılacaq

Sumqayıt yığması əsas kubok uğrunda mübarizəyə qatılacaq


Şən və Hazırcavablar Klubunun (ŞHK) Azərbaycan Liqasının ikinci mövsümü Heydər Əliyev Sarayında möhtəşəm tədbir ilə açılır.

Konsert aprelin 1-də, Beynəlxalq Gülüş Günündə keçiriləcək. Oğul Aleksandr Maslyakov gecənin aparıcısı olacaq. Azərbaycan Liqasının baş redaktoru Dmitri Kolçindir. “Starıy Tbilisi” (Gürcüstan), “Kembric” (Rusiya) kimi məşhur komandalar tamaşaçıları xüsusi qonaqlar qismində sevindirəcək.

Gözlənildiyinə görə, Belqoroddan son dərəcə populyar “DALS” komandası tədbirə qatılacaq. Azərbaycanın ən adlı-sanlı komandası, Premyer-liqanın iştirakçısı “Bakı yığması” tamaşaçıları müsabiqədənkənar çıxışı ilə sevindirəcək.

Konsert Gənclər və İdman Nazirliyi və Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (AMOP) dəstəyi ilə keçiriləcək.

Qələbə və ŞHK-nın Azərbaycan Liqasının əsas Kuboku uğrunda yerli və əcnəbi komandalar mübarizə aparacaqlar:
“Çak Norris” “Kuraj”, “Miraj”, BDU, “Kapital Yumora” , “Baksovet” (Dövlət İdarəçilik Akademiyası), “Olimpiyskaya Sbornaya” (Bakı), “Wall Street” (Azərbaycan Dövlət İqtisad Universiteti), Sumqayıt yığması, Gəncə yığması (hamısı Azərbaycan), Yessentuki şəhərinin yığması (Rusiya), “TexNAR- Politex” , “Kapital” (Qazaxıstan), “Maşa +Saşa” (Rusiya), “Sbornaya Tbilisi” (Gürcüstan) və başqaları.

AZƏRTAC





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

KATEQORIYALAR