Sumqayıtda hava

Siyasət

“Ulu öndərin ideyaları biz gənclər üçün örnəkdir”

“Ulu öndərin ideyaları biz gənclər üçün örnəkdir”


Azəbaycançılıq ideologiyası və milli dövlətçiliyi sevən gənclər üçün ulu öndər Heydər Əliyev yolu hər zaman nümunə olub. Elə BDU -nun Hüquq fakültəsinin Tələbə Həmkarlar Təşkilatının Sədri Yavər Məmmədova da bu yolun davamçılarındadır.

- Azərbaycan xalqı üçün Heydər Əliyev kimdir?

- Azərbaycan xalqının tarixində və taleyüklü problemlərin həllində xüsusi xidmətləri olan tarixi şəxsiyyətlər, seçmə siyasət və dövlət adamları çox olub. Bunlar zaman-zaman gördükləri böyük işləri və əməlləri ilə yadda qalıb və unudulmayıblar. Belə tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının milli lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya səviyyəsində siyasətçi Heydər Əliyevin xüsusi rolu vardır. Çünki dövlət adamlarından ancaq bu dahi şəxsiyyət milli lider səviyyəsinə yüksəlib. Milli liderliklə siyasi liderlik xüsusiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən unikal bir vəziyyətdir. Ulu öndər bu iki keyfiyyəti ehtiva etməklə birlikdə, fəaliyyət göstərdiyi bütün digər sahələrdə də özünü işdə birinci adam olaraq, lider kimi təsdiq edib. Bu dahi insan Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət adamı, milli lider və xalq sevgisini qazanan öndər kimi qalıb. Xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət qurucuları qədər bənzərsiz xidmətlər göstərən ikinci dövlət adamı tapmaq mümkün deyil. Bu mənada o, xalqımızın milli iftixarı, ürəklərimizdə özünə yer tapan milli liderimiz, güvən yerimiz, qürur duyduğumuz və arxa bildiyimiz böyük Azərbaycanlı idi. Ulu öndər xalqımız xilaskarı, müstəqil Azərbaycan dövlətinin memarıdır.

- Azərbaycan gəncliyinə ulu öndər necə diqqət göstərirdi?

- Bildiyiniz kimi ulu öndər Heydər Əliyev xalqın çağırışı ilə hakimiyyətə gəldikdən sonra yeni yaradılan ilk nazirlik Gənclər, İdman və Turizm Nazirliyi (indiki Gənclər və İdman Nazirliyi) olub. Bu o demək idi ki, ulu öndər ölkəmizin inkişafını sağlam gənclikdə görürdü. Xüsusilə 1996-cı ildə Azərbaycan gənclərinin ilk ümumrespublika forumu keçirilib. Forumda ulu öndər Heydər Əliyev iştirak edib.

Ulu öndər Heydər Əliyev siyasi kursunu layiqincə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin xüsusi təşəbbüsü və rəhbərliyi ilə inkişaf etdirilən dövlət proqramlarının müvəffəqiyyətlə tətbiq olunması nəticəsində ölkəmizin iqtisadi gücü getdikcə artır. Memarı ulu rəhbərimiz Heydər Əliyev olan Azərbaycan onun yaxşı təqibçisi möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında müvəffəqiyyətli addımlarla parlaq gələcəyə doğru inamla addımlayırıq.

- Ulu öndərin ideyalarının bugünkü gəncliyin hərtərəfli inkişafında hansı rolu var?

- Ulu öndər Heydər Əliyev şəxsiyyəti hər zaman tariximizdə özünəməxsus yer tutur. O, öz dövrünə görə özünəməxsus şərəfli tariximizi yaratdı. Heydər Əliyevin ideyaları bundan sonra da bizim xilasımız olacaq. Xalq olaraq gəncliyimiz bugünkü inkişafına görə ulu öndərə daima minnətdardır. Tarix boyu hər bir millətin taleyində onun xilaskarı rolunda çıxış edən şəxsiyyətlər olub. Azərbaycan xalqının çox ağır bir şəraitində – bir millət, bir dövlət kimi tarixdən silinməsi təhlükəsi ilə üzbəüz qaldığı bir zamanda Heydər Əliyev hakimiyyətə gələrək öz xilaskarlıq missiyasını yerinə yetirdi. 1999-cu ildə Heydər Əliyev tərəfindən imzalanan "Dövlət gənclər siyasəti haqqında" fərman bu sahəyə Prezident səviyyəsində böyük önəm verildiyinin təzahürü kimi qiymətləndirilə bilər. "Dövlət gənclər siyasəti haqqında" fərman çox geniş spektri - gənclərin təhsili, tərbiyəsi, sağlamlığı, intellektual və mənəvi inkişafı, asudə vaxtın təşkili problemlərinin həlli, hüquqların müdafiəsi, respublikanın ictimai-siyasi və mədəni həyatında iştirakı ilə bağlı məsələləri əhatə edir. Dövlət gənclər siyasəti bu məqsəd və prinsiplərin reallaşdırılması üçün hazırlanıb, müvafiq hüquqi sənədlərdə öz əksini taparaq hökumət qurumlarının icrasına yönəldilib. Fərmana müvafiq olaraq ``Dövlət gənclər siyasəti haqqında`` Azərbaycan Respublikasının Qanunu qəbul edilib və 9 aprel 2002-ci il tarixdə Heydər Əliyev tərəfindən imzalanıb.
Biz gənclər, gələcəyin qurucuları kimi bunu unutmamalıyıq. Əlbəttə, bu baxımdan biz gənclərin də üzərinə böyük məsuliyyət düşür: milli dövlətçiliyin və müstəqilliyin möhkəmləndirilməsi və inkişaf etdirilməsi, demokratik cəmiyyət quruculuğu, siyasi, hüquqi və iqtisadi islahatların həyata keçirilməsi ilə bağlı milli lider Heydər Əliyevin uzaqgörənliklə irəli sürdüyü fikirlərə və ideyalara sadiq qalaraq Azərbaycanın hazırkı və gələcək inkişafında öz töhfəmizi vermək, öz enerjimizi, bilik və bacarıqlarımızı bu istiqamətdə istifadə edərək İlham Əliyev tərəfindən həyata keçirilən dövlət siyasətinə daim dəstək verməkdir.

- Ulu öndərin ideyaları gənclərimiz üçün nə dərəcədə nümunədir?

- Ulu öndərin ideyaları biz gənclər üçün örnəkdir. Ulu öndərin bizim üçün qoyduğu mirası - göz bəbəyi kimi qoruduğu Azərbaycanın müstəqilliyini görür, inkişafına şahid oluruq. Bununla da, ulu öndərin yoxluğu bizə aşılayır ki, xalq uğrunda çalışan-vuruşan dahilərin əməlləri daimi yaşayır. Və bunu hiss edən hər bir gənc də, ulu öndər nümunəsindən özünə pay götürərək, həm daimi əməllər naminə yaşayır, həm də Heydər Əliyevin əbədiliyini özündə, sözündə və əməllərində yaşadır.

siyaset.az





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2017    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

KATEQORIYALAR