Sumqayıtda hava

Dünya

Əsrin layihəsinə start verildi

Əsrin layihəsinə start verildi


TANAP-a alternativ başqa bi layihə yoxdur.

Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib ƏrdoğanTransanadolu qaz kəməri layihəsinin rəsmi təməlqoyma mərasimindəki çıxışında deyib.

Mərasimdə Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan və Georgi Marqvelaşvili, eləcə də digər rəsmi şəxslər iştirak edirlər.

Ərdoğan layihəni Əsrin lahiyəsi adlandırıb.

Qeyd edək ki, TANAP layihəsi qazın Azərbaycanın “Şahdəniz” yatağından Gürcüstan-Türkiyə sərhədi ilə Türkiyənin qərb sərhədlərinədək tədarükünü nəzərdə tutur.

Boru kəmərinin ilkin buraxılışının ildə 16 milyard kubmetr təşkil edəcəyi gözlənilir. Təqribən 6 milyard kubmetr Türkiyəyə, qalanı isə Avropaya tədarük ediləcək. Qaz Türkiyəyə 2018-ci ildə çatacaq, Transanadolu qaz kəmərinin tikintisindən sonra qaz təxminən 2020-ci ilin əvvəlində Avropaya tədarük olunacaq.

Layihənin dəyəri 10-11 milyard dollar qiymətləndirilir.

ANS PRESS





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

KATEQORIYALAR