Sumqayıtda hava

Hadisə

Rektorun qızını döyənlər 11600 manat cərimə ödədi

Rektorun qızını döyənlər 11600 manat cərimə ödədi


Xəzər Universitetinin rektoru Hamlet İsaxanlının qızını döyən şəxslər cərimə edilib.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədovun verdiyi məlumata görə, sürücü Elin Məmmədov idarə etdiyi "Bentley" markalı, 90 KU 050 dövlət nömrə nişanlı avtomobillə müxtəlif qayda pozuntuları törətdiyi üçün onun barəsində müvafiq tədbir görülüb.

Belə ki, E.Məmmədov barəsində 94 MMX radarı olub. Bununla bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsində hər bir qayda pozuntusu üzrə qərar qəbul edilib. Bunun nəticəsində sürücü Elin Məmmədov 11 min 600 manat cəriməni dövlətə ödəyib.

Bundan əlavə, 2014-cü ilin avqust ayında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin qəbul etdiyi qərarla Elin Məmmədovun sürücülük hüququ 6 ay müddətinə məhdudlaşdırılıb:
«Bu məlumatları yayarkən dəqiqləşdirmək lazımdır. Yayılan məlumatların heç bir əsası yoxdur. Həmin sürücü nə qədər qayda pozubsa, hamısının cəriməsini ödəyib və sürücülük hüququndan da məhrum edilib".

ANS PRESS





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Sentyabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

KATEQORIYALAR