Sumqayıtda hava

Cəmiyyət

“Azərikimya”-nın nümayəndələri kimyaçı-mühəndislər ilə görüşüblər (FOTOLAR)

“Azərikimya”-nın nümayəndələri kimyaçı-mühəndislər ilə görüşüblər (FOTOLAR)


Martın 16-da “Azərikimya” İB-nin təşəbbüsü və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İnsan Resursları Departamentinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Neft Akademiyasında gələcəyin kimyaçı-mühəndisləri olacaq tələbələrlə görüş keçirilib.

Görüşdə akademiyanın kimya-texnologiya, energetika, istehsal proseslərinin avtomatlaşdırılması və neft-mexanika fakültələrinin 150 nəfərdən çox bakalavr və magistr pillələrinin tələbələri iştirak edib.

İB-nin icraçı direktorunun müavini Firudin Mustafayev tədbirin məqsəd və məramını açıqlayıb, Birliyin bu günü, perspektiv planları, həmçinin Sumqayıt Kimya Sənaye Parkı, oradakı mövcud istehsalat sahələri, istehsal olunan məhsullar və Karbamid zavodu haqqında məlumat verib.

Tələbələrin suallarını cavablandıran Etilen-polietilen zavodunun direktoru Oqtay Niftəliyev qeyd edib ki, zavodun gənc ixtisaslı fəhlə kadrlara olan tələbatı SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi tərəfindən Sumqayıtda yaradılan Təlim-Tədris Mərkəzində təhsil alanların hesabına ödənilir. Artıq iki tədris ili ərzində bu Təlim-Tədris Mərkəzini bitirən 200 gənc işə qəbul olunub və bu gün onlar kimyaçılar ailəsinin bərabərhüquqlu üzvləri kimi fəaliyyət göstərirlər.

Sonra “Azərikimya” İB-nin nümayəndələri tərəfindən tələbələrin nəzəri biliklərini yoxlanılıb.

Fərqlənənlərin siyahısı SOCAR-ın İnsan Resursları Departamentinin işə qəbul şöbəsinə təqdim olunacaq və tələbələr “Azərikimya” İB-nin Etilen-polietilen zavodunda ödənişli yay istehsalat təcrübəsinə dəvət ediləcəklər. Burada da fərqlənənlər artıq İnsan Resursları Departamentinin təşkil etdiyi müsahibə və test imtahanlarında iştirak edərək işə qəbul olunmaq imkanı qazanacaqlar.

“Azərikimya”-nın nümayəndələri kimyaçı-mühəndislər ilə görüşüblər (FOTOLAR)

AZƏRTAC





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Aprel 2017    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

KATEQORIYALAR