Sumqayıtda hava

Redaktorun Seçimi, Elan

SOCAR AQS yeni iş elanlarını təqdim edir (ŞƏRTLƏR)

SOCAR AQS yeni iş elanlarını təqdim edir (ŞƏRTLƏR)


SOCAR AQŞ MMC dinamik inkişaf edən, inteqrə olunmuş qazma və quyu xidmətləri təklif edən şirkətdir. Müəssisə Xəzər regionu və beynəlxalq miqyasda quruda və dənizdə qazma işləri sahəsində öz fəaliyyətini genişləndirir.

SOCAR AQŞ neft sənayesinin beynəlxalq STTƏMM və texnoloji standartlarına əməl etməklə müasir qazma sənayesinin qabaqcıl müəssisələrindən birinə çevrilməyi qarşısına məqsəd qoyub.

Müəssisə hal-hazırda yeni layihələr üzrə dəniz şəraitində işləmək üçün aşağıdakı vakant vəzifələrə/peşələrə nümunəvi təhlükəsizlik davranışları ilə fərqlənən və yüksək standartlara uyğun iş icra edən səriştəli namizədlər axtarır:

• STTƏMM məsləhətçiləri;
• Baş qazma ustaları;
• Qazma ustaları;
• Aparıcı qazma mühəndisləri;
• Qazma mühəndisləri;
• Qazmaçılar;
• Qazma məhlulu üzrə mütəxəssislər;
• Texniki xidmət üzrə mühəndislər;
• Elektronika üzrə mühəndislər;
• Mexaniklər;
• Elektriklər.

Namizədlər üçün ümumi tələblər:

• Müvafiq ali təhsil;
• Müvafiq sahədə uğurlu iş təcrübəsi;
• Komandada işləmək bacarığı;
• Dil bilikləri (Azərbaycan, İngilis, Rus dilləri);
• Kompüterdən istifadə bacarığı.

SOCAR AQŞ MMC dinamik olaraq böyüyən müəssisədə təhlükəsiz və maraqlı iş mühiti, yüksək rəqabətqabiliyyətli əmək haqqı, peşəkar inkişaf və sürətli karyera yüksəlişi imkanları təklif edir.

Maraqlanan şəxslərdən tərcümeyi-hal və müşayiət məktublarını 10 aprel 2015-ci il tarixinədək elektron poçt vasitəsilə mövzu yerində müraciət edilən vəzifə/peşəni qeyd etməklə vacancy@socar-aqs.com ünvanına göndərmələri xahiş olunur.

Yalnız ilkin seçim turunu keçmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

SOCAR AQŞ MMC namizədlərə bərabər imkanlar yaradır.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Sentyabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

KATEQORIYALAR